Nida Təhlil
"Onlar öncədən bir obyektivlik görüntüsü yaratmaq istəyirlər" - Deputat
"Amnesty International adətən ermənipərəst mövqedən çıxış edirdi. Ancaq faktlar qarşısında ortalığa mövqe qoymağa məcburdular. Mən istisna etmirəm ki, buna bənzər, hətta bəlkə də daha sərt Azərbaycanı qınayan məruzələr olacaq".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, öncədən bir obyektivlik görüntüsü yaratmaq istəyirlər: "Ancaq o qaçılmazdır ki, erməni tərəfindən o vəhşiliklər törədilib və bu təkcə Azərbaycan əsirlərinə, meyidlərinə qarşı yox, eləcə də Gəncəyə, Bərdəyə, Tərtərə, Beyləqana qarşı edilib. Bir çox Azərbaycan şəhərlərində yüzdən çox mülki insanlar həlak olub, dörd yüzdən çoxu yaralanıb. Bunlar da hamısı öz əksini bu hesabatlarda tapmalıdır.Təkrar edirəm, bunlar müəyyən bir obyektivlik nümayiş etdirmək istəyirlərsə, bu təqdirəlayiq bir hadisədir. O ki qaldı məsuliyyətə, "Amnesty International" heç bir məsuliyyət müəyyənləşdirmir".
Deputat bildirib ki, sadəcə olaraq o faktları araşdırır və onları təqdim edir:
"O ki qaldı reaksiyaya bu, Azərbaycandan asılı olacaq.Yəni bu məsələlərlə bağlı Azərbaycan hansısa beynəlxalq qurumlar, məhkəmə qarşısında məsələ qaldırdıqda onlara bir reaksiya ola bilər və bu vəhşilikləri törədən şəxslər cəzalana bilər. Ancaq nə Ermənistan, nə Azərbaycan bildiyim qədəri ilə o konvensiyalara qoşulub. Eyni zamanda, Haaqa da bu məsələlərlə bağlı Roma statusuna qoşulmayıb ki, bu məsələlərlə bağlı hansısa bir məhkəmədə iş qaldırılsın və günahkarlar cəzalansın".
Tural Turan
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm







.jpg)
























.jpg)
.jpg)

