Nida Təhlil
"Beynəlxalq təşkilatlar da Azərbaycanın haqq səsini eşitməyə başlayır" - Deputat
"44 günlük Vətən Müharibəsi zamanı, eləcə də ondan öncə dəfələrlə ermənilər tərəfindən hərbi cinayətlər və terror cəhdləri törədilib. Çox təəssüflər olsun ki, 44 günlük Vətən ühmaribəsinə qədər beynəlxalq təşkilatlar və xüsusilə "Amnesty International"ın çox qərəzli mövqeyinin biz dəfələrlə şahidi olurduq".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, şükürlər olsun ki, Vətən müharibəsi zamanında biz yalnız torpaqlarımızı, ərazi bütövlüyümüzü bərpa etmədik, həmçinin Azərbaycan bir növ ermənilərin iç üzünü, əsl simalarını da dünyaya göstərə bildi:
"Bunun nəticəsində ermənilər beynəlxalq hüququ kobud şəkildə pozaraq hərbi cinayətlər törətməyə davam edib. Azərbaycana, əsirlərə, dinc sakinlərə qarşı dəfələrlə bu hərbi cinayəti təkrarladılar. Ancaq beynəlxalq təşkilatların, xüsusilə də "Amnesty International"ın hesabatında ermənilərin Azərbaycanlı əsrlərə qarşı göstərdiyi vəhşilik istər-istəməz müəyyən dərəcədə onu deməyə imkan verir ki, artıq Azərbaycan güclü olan, diqtə edən tərəfdir. Buna görə də, beynəlxalq hüquqa hörmət edərək sürətli müharibə apardığına görə və heç bir hərbi cinayət törətmədiyi üçün beynəlxalq təşkilatlar da Azərbaycanın haqq səsini eşitməyə başlayır. Eyni zamanda, Azərbaycanın qarşılaşdığı bu haqsızlıqlara göz yummayıb müəyyən dərəcədə onun bu mövqeyini sərgiləyir".
Tural Turan
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm







.jpg)
























.jpg)
.jpg)

