Nida Təhlil
Bu, Azərbaycan və Türkiyəyə müharibə elanı olar - VİDEO
Ermənistanın təxribatçı addımları bölgədə müharibə riskini artırır.
Publika.az xəbər verir ki, bunu ARB 24-ün "Gündəm" verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
"Ermənistan baş naziri Nikol Paşinyan seçkilərdə qalib gələrsə, verdiyi vədlərə əməl etməsə, Rusiya ilə birlikdə həm Türkiyə, həm də biz onlara təzyiq edəcəyik və bölgədə müharibə riski artacaq. Çünki bizim başqa tələblərimiz də var. Qarabağda hələ də əlisilahlı separatçılar var. Onlar tərk-silah olmalıdırlar. Həmçinin Laçın dəhlizi də bizim nəzarətimizdə olmalıdır. Kimlərsə oradan rahat keçməməlidir. Amma ermənilər təxribatlarını yenə də davam etdirirlər. Onlar anlamalıdırlar ki, bu addımlar bölgədə müharibə riskini artırır. Müharibə olmasa da, biz anti-terror əməliyyatları ilə bu problemləri həll edə bilərik. Hesab edirəm ki, Ermənistan addım atmasa da, bölgədə anti-terror əməliyyatları olacaq. Çünki dövlət başçısı qeyd etdi ki, biz Xankəndiyə, Xocalıya qayıtmalıyıq. Yaxşı olar ki, bunlar danışıqlar yolu ilə həll olsun", - o bildirib.
Politoloq qeyd edib ki, ermənilər Zəngəzur üzərindən açılması planlaşdırılan dəmiryolu ilə bağlı hansısa təhlükə yaradarsa, bu, müharibə elanı olar:
"Əgər Zəngəzur üzərindən dəmiryolu açılsa, Ermənistan artıq geri addım ata bilməyəcək. Dəmiryolu açıldıqdan sonra bizə qarşı təxribat olarsa, bu, daha böyük fəlakətlərə səbəb ola bilər. Çünki dəmiryolu anında qapanacaq və müharibə başlayacaq. Dəmiryolu fəaliyyət göstərdikdən sonra qatarlara hansısa təhlükə yaransa, bu, Türkiyə və Azərbaycana qarşı müharibə elanı demək olacaq".
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

