Nida Təhlil
Ermənilərin əsas məqsədi terror əməliyyatları həyata keçirməkdir - Deputat
Ermənistan işğalçılıq və terror siyasətini daim dövlət siyasəti kimi qəbul edib və bu istiqamətdə addımlar atıb. Düşünürəm ki, ekstremizm və radikalizmin inkişafında bunlar hər bir dövlətə təhdid metodlarından istifadə edir. İstər terrorun, istərsə də ekstremizmin bir istiqaməti də son vaxtlar nüvə ilə bağlı təhdiddir. Radikal qüvvələr mütəmadi olaraq nüvə başlıqlarından, nüvə silahlarından, onların komponentlərindən istifadə edərək radiasiya fonu yaratmaq və radiasiya müharibəsi aparmaq üçün bu istiqamətdə addımlar atırlar.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, son bir ildə radioaktiv maddələrin qaçaqmalçılığı ilə bağlı Ermənistan qaçaqmalçıları həm dövlət səviyyəsində, həm də digər istiqamətdə addımlar atır:
“Onlar radioaktiv maddələri haradan əldə edə bilər? Düşünürəm ki, bunun mənbəyi məhz Metsamor Atom Elektrik Stansiyası ola bilər. Ümumiyyətlə, Metsamor AES həm Cənubi Qafqaz, həm də həm yaxın dövlətlər üçün ən ciddi təhlükə mənbəyidir. Təhlükəsizliyə təhdid ola biləcək bir mənbədir.
Dəfələrlə Avropa İttifaqı tərəfindən müvafiq vəsait hesabına onun ləğv edilməsi gündəmə gəlib. AES-in ləğv edilməsi təxminən 3-4 milyard dollar tələb edir. Lakin onlar bundan da alver məqsədləri üçün istifadə edərək məbləğin qaldırılmasını istəyirlər.
Yeni bir atom elektrik stansiyası tikmək qeyri-mümkündür. Çünki 4-5 milyard dollarlıq layihədir. Dağılmış Ermənistan iqtisadiyyatında bu vəsait yoxdur. Son zamanlar Ermənistan Metsamor Atom Elektrik Stansiyasını yenidən bərpa edəcəyi iddiaları ilə çıxış edir. Bu istiqamətdə vasait ayrılması üçün müəyyən güc strukturlarına və qurumlara müraciət edirlər. Lakin burada da əsas məqsəd radioaktiv maddələrdən istifadə etmək və radiasiya yaratmaqla terror əməliyyatları həyata keçirməkdir. Onlar təhdid və qorxutmaqla məşğul olurlar.
Son illərdə istər Gürcüstan, istərsə də müvafiq gömrük qurumlarında radioaktiv maddələrdən istifadə edilən qaçaqmalçılıq faktları aşkarlanıb. Bu, ermənilərin terror və radikalizm siyasətini bir daha sübut edir. Radioaktiv maddələrin və onların komponentlərinin qaçaqmalçılıq dövriyyəsində olması birmənalı şəkildə Metsamordan qaynaqlanır.
Metsamor AES-in yaxınlığında yaşayan erməni əhalisi dəfələrlə mitinq keçirib ki, stansiyada sızma var və cinayətkar qruplar radioaktiv maddələrdən öz məqsədləri üçün istifadə edirlər. Bu stansiyanın sıradan çıxması və həddən artıq köhnə olması dəfələrlə özləri tərəfindən də diqqətə çatdırılıb”.
Aytən Məftun
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu




























