Nida Təhlil
Bu, Prezidentin regionların inkişafı ilə bağlı yürütdüyü siyasətin nəticəsidir - Deputat
“Ölkə Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna səfəri çərçivəsində bir sıra mühüm infrastruktur obyektlərinin, sənaye müəssisələrinin açılışında iştirak etdi. Regionların inkişafı dövlət başçısının hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçildikdən sonra, 2004-cü ildən başlayaraq 5 illik proqramlarla əhatə olunmaqla Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları qəbul olunub ki, icrası da bir sıra mühüm nəticələrlə yekunlaşıb”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Millət vəkili bildirib ki, regionların inkişafını nəzərdə tutan proqramlar bölgələrimizin abadlaşmasına və yeni inkişaf səviyyəsinə yüksəlməsinə səbəb olur: “Bunun sayəsində regionlarımız hər gün daha gözəlləşir, müasirləşir. İkinci bir məqam isə hər rayona xarakter olaraq o bölgə üçün spesifik müəssisələrin açılışı həyata keçirilir. Bununla da dövlət büdcəsinə əlavə vergilər daxil olur, ölkəmiz güclənir, qüdrətlənir. Bütün bunlar eyni zamanda məşğulluğun artırılmasına da böyük töhfə verir. Yeni iş yerləri açılır, insanlar həmin yerlərdə işlə təmin olunurlar. Nəticə etibarilə görürük ki, regionlarımız inkişaf etdikcə, ölkəmiz daha da güclənir, insanlarımızın sosial rifah halı yaxşılaşdırılır. Buradan əldə olunan gəlirlər hesabına vətəndaşların əməkhaqqıları, pensiya və təqaüdlər artırılır. Bölgələrdə əlavə iş yerlərinin yaradılması isə dövlət başçısının regionların inkişafı ilə bağlı yürütdüyü siyasətin nəticəsidir”.
C.Osmanov qeyd edib ki, bütün bunlar Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq edir.
Millət vəkili ölkəmizin regionlarında yaradılan aqroparkların, sənaye məhəllələrinin də önəmindən danışıb:
“Regionlarımızda yaradılan sənaye məhəllələri, eyni zamanda dünən açılışı olan Hacıqabul Sənaye Məhəlləsi həm də məşğulluğun artırılması, vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, bölgələrimizin inkişaf etməsi baxımından əhəmiyyətlidir. O cümlədən xarici ölkələrə yeni məhsulların ixracı da təmin edilir ki, bu da ən vacib sahələrdən biri olan qeyri-neft sektorunun inkişafına töhfə verir. Nəticədə iqtisadiyyatımızın dayanıqlı və davamlı olması təmin edilir. Aqroparkların yaradılması isə kənd təsərrüfatı sahəsində aparılan islahatların mühüm tərkib hissəsidir. Bölgələrdə yaradılan aqroparklar ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq”.
Akqabay Mıradov
-
Sosial23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin221:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"