Nida Təhlil
Ermənistan Azərbaycana qarşı mina müharibəsi aparır - Deputat
“Qarabağda tikinti-bərpa işləri sürətlə görülür. İşlərin sürətinə təsir edən amil həmin ərazilərin Ermənistan tərəfindən minalanması ilə bağlıdır. Hərbi əməliyyatlar ötən ilin noyabrın 10-da başa çatsa da, faktiki olaraq Ermənistan Azərbaycana qarşı mina müharibəsi aparır. Minalanmış ərazilərin xəritəsini isə təqdim etmək istəmirlər”.
Bu sözləri Publika.az-a millət vəkili Elman Nəsirov deyib.
Deputat bildirib ki, Ermənistanın bu hərəkəti müharibə cinayəti kimi qiymətləndirilir: “Bu əməlinə görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Ermənistan 30 il ərzində Azərbaycan tərəfinə çox böyük həm maddi, həm də mənəvi zərər vurub. Həmin zərərin hesablanması prosesi gedir, bu məsələyə beynəlxalq tərəfdaşlar da cəlb olunub ki, Ermənistan beynəlxalq məhkəmədə cavab verəcək və təzminat ödəməli olacaq. Həmçinin hansı xarici şirkət bu prosesdə iştirak edibsə, həmin şirkətlər də məsuliyyət daşıyacaqlar. Bütün bu işlər gedir və ölkə başçısının da qeyd etdiyi kimi, bizim bir nömrəli rəqibimiz zamandır. Hazırda zaman və sürətlə bu məsələlərin həyata keçirilməsi bir nömrəli işimizdir”.
Millət vəkili qeyd edib ki, Qarabağın bərpası və yenidən qurulması ilə bağlı işlər Prezident İlham Əliyevin hər zaman diqqətindədir və Hacıqabula səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu məsələlərə toxunub: “Dövlət başçısı yeni şəraitdə, yeni dövrdə Azərbaycanın atacağı addımlara diqqəti cəlb etdi. Cənab Prezident hələ YAP-ın yeddinci qurultayında söyləmişdi ki, biz artıq yeni dövrə daxil olmuşuq. Yeni dövrdə qarşımızda dayanan bir nömrəli məsələ işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlıdır. Bunun üçün siyasi iradə və resurslar var. İlkin olaraq 2,2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, beynəlxalq tərəfdaşlarımızın da bu prosesə cəlbi reallaşmaqdadır. Hazırda əsas məsələ bu ərazilərin bərpası ilə bağlıdır.
Prezident vurğuladı ki, ilk növbədə o ərazilərin bərpasından söhbət gedir ki, onlar infrastruktura yaxın olsunlar. Bu baxımdan Ağdam, Füzuli və Cəbrayıl ərazilərinin bərpasına ilkin mərhələdə başlanması nəzərdə tutulur. Həmçinin dövlət başçısı qeyd etdi ki, Zəngilan rayonununda üç kənddə - Birinci Ağalı, İkinci Ağalı və Üçüncü Ağalı kəndlərində “ağıllı kənd” layihələri reallaşdırılacaq ki, Qarabağın siması bütünlükdə dəyişəcək. Sözün əsl mənasında məhz 21-ci əsrin kəndinə və 21-ci əsrin şəhərinə çevriləcəklər. Artıq bir sıra mühüm strateji əhəmiyyətli layihələrə start verilib. İlk növbədə Füzuli Beynəlxalq Hava Limanının tikintisinə başlanıb, işlər gedir. Yaxın perspektivdə Zəngilanda və Laçında da hava limanlarının inşasına başlanacaq. Magistral yolun tikintisi aparılır. Şuşaya zəfər yolu çəkilir. Eyni zamanda, digər istiqamətlərdə də avtomobil yollarının bəzilərinin tikintisinə başlanıb, bəzilərində isə hazırlıqlar gedir. Bütün bu proseslər sürətlə və uğurla aparılır”.
Akqabay Mıradov
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

