Nida Təhlil
AŞPA qərəzli mövqe nümayiş etdirir - Elman Məmmədov
“Müharibə qurtarandan sonra ermənilər böyük bir terrorçu dəstəsini Azərbaycana - Xocavənd rayonu ərazisinə, Hadrut qəsəbəsi yaxınlığına göndərdilər. Azərbaycan tərəfi onların hamısını ələ keçirdi və həbs etdi. Bu gün həmin həbs olunan terrorçuların azad olunması üçün Avropa Şurası Parlament Assambleyası (AŞPA) bəyanatlar verir. AŞPA-nın bu iddiaları əsassız və qərəzlidir”.
Bu fikirləri Publika.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, artıq müharibə başa çatdığı üçün Ermənistanın ərazilərimizə göndərdiyi təxribatçı dəstə üzvləri hərbçi hesab olunmur, onlar terrorçudurlar: “Bu şəxslər təxribat qruplarının üzvləridir. Bu gün Avropa Şurası Parlament Assambleyası onların azad olunmasının iddiasını edir. Ancaq bu günə kimi nə qədər azərbaycanlı hərbçi və mülki şəxsin erməni əsirliyində taleyi məlum deyil. Onlardan elə 150 nəfəri Xocalı sakinidir. AŞPA indiyədək onlar haqqında bir məsələ belə qaldırmayıb”.
E.Məmmədov AŞPA-nı ədalətsiz təşkilat adlandırıb. Deputat qeyd edib ki, insan haqlarını müdafiə edən, qərəzsizliyi ali dəyər hesab edən bir qurum belə bir iddialar səsləndirməklə nə qədər qərəzli və haqsız olduğunu nümayiş etdirir: “Belə insan haqlarını qoruyan təşkilatsınızsa, həqiqətən də bu cür məsələlərə ədalətli yanaşırsınızsa, bu 2-3 ay ərzində ələ keçirdiyimiz terrorçuların qayğısına niyə qalırsınız? 30 ilə yaxındır bizim taleyi məlum olmayan minlərlə vətəndaşımızın erməni əsirliyində öləni ölüb, qalanı hələ də orada çürüyüb. Bəs bunlarla niyə maraqlanmırlar? Dövlətimizə qarşı bu cür ədalətsiz basqılar, təhdidlər var. Ancaq Azərbaycan özünün rəhbərliyi ilə güclü dövlətdir və günü-gündən də qüdrətini və nüfuzunu artırır. Bütün bu basqıların, təhdid və təzyiqlərin qarşısında biz dayanmışıq və dayanacağıq da. Çünki biz haqq yolundayıq, mövqeyimiz ədalətlidir”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
