Nida Təhlil
Ermənipərəst birinin USAID-ə rəhbərlik etməsi münasibətlərimizə təsir edəcək - Politoloq
Erməni soyqırımını dəlicəsinə təbliğ edən və hətta doğulduğu tarixi 24 aprel olaraq təyin edən Samanta Pauer ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) rəhbər təyin olunur. Deməli, bununla USAID təşkilatı erməni təbliğat maşınına çevriləcək.
Bəs Azərbaycan bundan sonra USAID-ə etibar etməlidirmi?
Bununla bağlı Publika.az-a açıqlama verən politoloq Fikrət Sadıqov deyib ki, belə bir təşkilatın rəhbərliyinə ermənipərəst bir insanın gətirilməsi əlaqələrimizə öz təsirini göstərəcək: “Bu, birmənalı şəkildə bizim münasibətlərimizə öz təsirini göstərəcək. Bundan əvvəl də USAID təşkilatı Ermənistana COVID-19 ilə bağlı çoxlu investisiyalar yatırmışdı. Təşkilat ermənilərə bu müddətdə pul verilmişdi, dəstək olurdu”.
Politoloqun sözlərinə görə, ABŞ Dövlət Depertamentinin rəhbərliyi altında fəaliyyət göstərən bu təşkilatı ermənipərəst fəaliyyəti bizə əvvəldən bəllidir: “Onların fəaliyyətindən, işlərindən bizim xəbərimiz var. Amma digər bir reallıq isə odur ki, bizim bu təşkilatdan birbaşa asılılığımız yoxdur. Bu, birmənalı bir faktdır”.
F.Sadıqov qeyd edib ki, bizim bu təşkilata heç ehtiyacımız da yoxdur: “Hər halda, biz Azərbaycan olaraq USAID-lə münasibətlərimizi tam qırmasaq da, ehtiyatlı olmalıyıq və öz prinsipial mövqeyimizi həmişəki kimi bundan sonra da nümayiş etdirməliyik”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
