Nida Təhlil
Ermənilərdən hind xalqına qarşı təhqiramiz addım - ŞƏRH
İrəvanda Mahatma Qandinin heykəlinin yandırılması bir daha onu göstərir ki, bu millət humanist dəyərlərdən, insanpərvərlikdən tamamilə uzaqdır. Qandi bütün dünyada tanınmış, hörmət olunan şəxsiyyətlərdən biridir. Onun abidəsinin Ermənistanda yandırılması və bu kimi təcavüzkar çağırışlar ermənilərin nə qədər vəhşi olduğunun göstəricisidir.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, baş vermiş vandalizm aktını ümumilikdə hind xalqına qarşı təhqir kimi şərh etmək lazımdır:
“Bu millət hələ də zəhərli ideologiyadan, xəstə təxəyyüldən sağala bilməyib. Cənab Prezidentin qeyd etdiyi kimi, bu millət xəstədir. Bu kimi yanlış mövqeləri ortaya qoyurlar. Mahatma Qandi nəinki Hindistanın, bəşəri bir dəyərdir, dünyanın hörmət etdiyi şəxsiyyətdir. Onların M.Qandinin Atatürkün müttəfiqi olduğu iddialarını irəli sürməsi absurd və qəbul edilməsi mümkün olmayan bir səbəbdir.
Bu millət həmişə öz faşist düşüncələri və təfəkkürü ilə tarixdə yadda qalıb. Onların “milli qəhrəmanları”nın hamısı başkəsən, cəllad, quldur, qadın və uşaq qatilləridir. Necə olur ki, Qandinin heykəlini sökürlər, amma qaniçən Njdeyə heykəl qoyurlar”.
Mövzu haqqında fikirlərini bizimlə bölüşən Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov qeyd edib ki, Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani liderinin abidəsinə qarşı bu cür münasibət bağışlanmazdır:
“Bunu nəinki hind xalqına qarşı atılmış təhqiramiz bir addım kimi, eyni zamanda sülhsevər insanlara qarşı törədilmiş bir aksiya kimi başa düşürəm. Çünki Mahatma Qandi dünyada əmin-amanlıq tərəfdarı və sülhün carçısı kimi tanınıb. Dinlərarası və millətlərarası harmoniyanın müdafiəçisi olub. İrəvanda törədilən bu hadisə onu göstərir ki, erməni cəmiyyəti nə qədər aqressivdir, digər xalqların dəyərlərinə və ümumbəşəri dəyərlərə nə qədər biganə yanaşır. Erməninin kimliyi və xisləti bir daha bəlli oldu”.
Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov isə hesab edir ki, ermənilər M.Qandinin abidəsini yandırmaqla böyük bir səhvə yol veriblər. Şeyx bildirib ki, ermənilərin belə bir addım atması təəccüblü hal deyil:
“Sovet dönəmində ermənilər Puşkinin adına nə heykəl, nə küçə, nə də bir məktəb qoydular. Çünki Puşkin onlar haqqında “Sən oğrusan, sən satqınsan, çünki sən ermənisən” demişdi. Ermənilərin xəstə təfəkkürlü millət olduğu bizə çoxdan məlumdur. Tumanyan kimi bir neçə xalq yazıçılarının özləri də etiraf edib ki, ermənilər ana bətnində ikən xəstə olurlar. M.Qandi kimi dahi şəxsiyyətin abidəsini yandırmaqla əlbəttə ki, böyük tarixi səhvə yol verirlər.
Müharibə dövründə Pakistanın Azərbaycanı dəstəkləməsi erməniləri çox narahat edirdi. Buna görə də belə açıqlama yaymışdılar ki, illərdir Hindistan və Pakistan arasında mövcud olan Kəşmir problemini yenidən alovlandırmağa, iki dövlət arasında nifaq salmağa çalışacaqlar. İndi də hind xalqının milli-mənəvi dəyəri hesab olunan M.Qandinin heykəlini yandırırlar. Çaşıblar, çünki xəstədirlər. Allah bir xalqı bədbəxt edəndə birinci onun ağlını əlindən alır. Ermənilər öz günahlarında batmaq üzrədir və bu, aydın görünür. Bu halda sadəcə kənara çəkilib öz rüsvayçılıqlarını necə ifşa etmələrinə baxmaq lazımdır. Ümumiyyətlə, ermənilərin özlərini ifşa etmələrinə dair yüzlərlə faktlar var.
Çox gözəldir ki, bizim qan düşmənlərimiz artıq əsl faşist xislətlərini ortaya qoyurlar, özləri özlərini ifşa edirlər. Məzlum və cəfakeş maskaları yırtılan ermənilərin əsl üzünü artıq dünya da görməyə başlayıb. Bu addımların mətbuatda yayılması siyasi-ideoloji təbliğat baxımdan çox əhəmiyyətlidir. 200 ildir ki, biz maskalanmış xəyanətkarlara qarşı mübarizə aparırıq. Bu maskalanmış xəyanətin arxasında onlardan da satqın imperiya siyasəti aparan dövlətlər dayanır. Öz siyasi motivlərini gizlində yerinə yetirməyə çalışan imperialist dövlətlər, ermənilərə arxa-dayaq olmağa çalışan Fransa da, Amerika da, Bayden kimi xəstə təfəkkürlü adamlar da Allahın rizası ilə yavaş-yavaş öz layiqli cavabını alacaq. Ən yaxşı haqq-ədalət Allahın cəzasıdır.
Tarixdə iki dəfə soyqırımı edən Amerika Xirosima və Naqasaki şəhərlərini dağıtdı. 25-30 milyon yerli hinduları qırdılar, Amerika yaratdılar. İndi də haqq, ədalət və soyqırımıdan danışırlar. Böyük Cavid əfəndinin “Rəqsi təlim edir axsaqlar” misrası burada yerinə düşür. Bu gün axsaq Ermənistan, Amerika və Fransa kimi ölkələr digər millətlərə rəqs etməyi öyrədir”.
Məlumat üçün bildirək ki, dünən İrəvanda Mahatma Qandinin abidəsi yandırılıb. “İrəvanın Alternativ Bələdiyyəsi” ictimai təşkilatı Feysbuk səhifəsində bu heykəlin sökülməsi tələbi ilə çıxış edib. Səbəb kimi Qandinin Atatürkün müttəfiqi olması göstərilib. Bildirilib ki, bu abidənin İrəvanda yeri yoxdur.
Xatırladaq ki, heykəl İrəvan meriyasının qərarı ilə bir neçə gün öncə qoyulub və bundan sonra müxtəlif hücumların mövzusuna çevrilib.
Aytən Məftun
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO
-
Sosial00:45
Vəzifəli şəxs işdən çıxarıldı - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Subayları romantik görüş gözləyir
-
Magazin100:00
Qalmaqallı görüntülərindən DANIŞDI: "Yanımdakı bəy ərəb deyil..." - VİDEO
-
Dünya26 Noyabr 23:36
Əsgərlərin "daha yaxşı görünməsi" üçün 1 milyard avro xərclənəcək