Nida Təhlil
Ermənistanı qudurdan Fransa: Napoleon İstanbuldakı səfirinə nə yazmışdı?
Professor Şamil Qurbanov 1995-2004-cü illər arasında Milli Məclisin deputatı olub. O, deputat olduğu dönəmdə Fransa həyasız şəkildə Ermənistanı müdafiə edirdi. Buna etiraz olaraq Şamil Qurbanovun Fransanın o vaxtkı prezidentinə xitabən səsləndirdiyi “Jak Şirak qudurub” replikası Milli Məclisin həmin iclasında iştirak edən Qərb ölkələri diplomtaları tərəfindən etirazla qarşılandı. Onların bir çoxu nümayişkaranə şəkildə Milli Məclisi tərk etdilər.
İndi Fransanın prezidenti Emmanuel Makrondur. Ancaq o da Ermənistana münasibətdə eyni münasibət sərgiləyir. Dağlıq Qarabağa, Xankəndinə səfər etmək fikrində olduğunu bildirir. Fransa Cənubi Qafqazda sülh və sabitliyə real təhlükəyə çevrilib. Əlbəttə, bu təsadüfi deyil.
Fransa erməni kartından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edib. Sovet dönəmində Fransanın bu kartdan Azərbaycana qarşı istifadə etməsi isə bəlli səbəbdən mümkün deyildi.
SSRİ dağılan kimi Fransa əsası hələ imperator Napoleon Bonapart tərəfindən qoyulmuş siyasətə döndü. Tarixdən məlumdur ki, Napoleon 1778-1799-cu illərdə o vaxt Osmanlı imperiyasının bir parçası olan Fələstin və Suriyada yaşayan katolik erməniləri Osmanlı imperiyasına qarşı qaldırmağa çalışıb. Bu məsələ ilə bağlı imperator Fransanın İstanbuldakı səfəri general Horace François Bastien Sébastiani de la Porta məktub yazıb. Səfirin imperatora cavabı belə olub: “Ermənilər öz yaşayışlarından o qədər razıdırlar ki, bu, (erməniləri Osmanlı imperiyasına qarşı qaldırmaq) mümkün deyil”. “Armenian claims and historical facts” kitabında bu məqam xüsusi ilə vurğulanır. Həmin kitabda Roma tarixçisi Tacitusun aşağıdakı fikrinə də vurğu edilir: “Ermənilər Roma və Persiya imperiyaları ilə bağlı mövqelərini tez-tez dəyişirlər. Gah Roma, gah da Persiya imperiyasına dəstək verirlər”. Roma tarixçisi bu dəyişkənliyi “ermənilərin qəribə xalq” olması ilə izah edir.
Ermənilərin canında olan bu sürüşkənlik keyfiyyəti Osmanlı imperiyasının qürub çağında da üzə çıxdı. Qərb ölkələrinin, xüsusən Fransa, Böyük Britaniya, ABŞ kimi ölkələrin şirin vədlər verib qızışdırdığı və silahlandırdığı ermənilər Osmanlı imperiyasına qarşı daxildə lokal müharibələrə başladılar. O biri tərəfdən isə çar Rusiyası ermənilərin köməyi ilə Osmanlını içəridən çökdürmək istəyirdi...
Tarixə qısa ekskurs Fransanın Türkiyə və Azərbaycana aqressiv münasibətinin səbəbini bütün çılpaqlığı ilə ortaya qoyur. Yəni, tarixən türklərlə dost münasibətdə olan erməniləri Fransa, Böyük Britaniya, ABŞ, Rusiya... kimi ölkələr öz maraqları naminə türklərə qarşı alətə çeviriblər. Və bir əsrdən çoxdur ki, ermənilərdən türkələrə qarşı istifadə edirlər.
Emmanuel Makron Napoleonun siyasi xəttnii tutub gedir. Rusiya isə İstanbulu zəbt etmək xəyalı ilə yaşayan I Pyotrun vəsiyyətnaməsi üzrə hərəkət edir. Vladimir Putin YouTube-da yayılan çıxışlarının birində I Pyotrun ermənilərlə bağlı vəsiyyətindən danışır. O deyir ki, Rusiya I Pyotrun vəsiyyətinə əməl edir.
Fransa erməni separatizmini açıq şəkildə müdafiə edir. Ancaq Avropada biz Fransanın separtizmə dəstək verdiyini görmürük. Niyə? Əgər separatizm müdafiəyə layiqdirsə, nədən Fransa tutaq ki, İspaniyanı lərzəyə gətirən baskları müdafiə etmir. Qeyd edim ki, basklar İspaniyanın şimalında (Basklar ölkəsi, Navarra) və Fransanın cənub-qərbində yaşayırlar. Fransa nədən baskların müstəqil dövlət qurmasına dəstək vermir? Belə bir dəstək versə, yəni Kataloniya sözünü ağzına belə alsa, İspaniya sözün həqiqi mənasında Fransaya həddini bildirər. Elə Fransanın özündə də aləm bir-birinə qarışar. Çünki müstəqi bask dövlətinin yaranması Fransa ərazisinin bir hissəsinin əldən çıxması deməkdir.
Keçək obrazlı şəkildə desək, Fransanın ağzının içində yerləşən Belçika krallığına. Avropa Birliyinin paytaxtı məhz Brüsseldə yerləşir. Beçlikanın 11.5 milyon əhalisi var. Onlardan 6.6 milyon nəfəri flamandlardır. Onlar Niderland dilində (German dil qrupuna daxildir) danışırlar. Flamandlar min illə yaxın müstəqil dövlətə sahib olub.
Xeyli müddətdir ki, flamandlar faktiki fransız azlığın əsarəti altına düşüblər. Onlar da müstəqilliyə can atırlar. Ancaq Fransa Belçikanın fransızdilli hissəsi ilə əl-ələ verib flamandların müstəqilliklərinin bərpa olunmasına imkan vermir.
Böyük Britaniyada, İtaliyada xeyli separatçı bölgə var. Fransa həmin separatçılardan uzaq qaçır. Bilir ki, onları müdafiə etsə Avropada qırğın düşər.
Avropanın digər ölkələrində də separatizm meylləri çox güclüdür. Təxmini hesablamalara görə, təkcə Avropada 270-ə yaxın separatçı hərəkat fəaliyyətdədir. Fransa niyə onlardan heç birini müdafiə etmir, amma gəlib Cənubi Qafqazda ermənilərə görə yaxasını cırır?
Müxtəlif Avropa təşkilatlarında niyə yalnız erməni separatizmi müdafiə olunur? Ancaq söhbət digər separatçı hərəkatlara gələndə Avropa ağzına su alıb, lal olur. Çünki Avropa separatizmə yaşıl işıq yandırsa, Avropa Birliyi tikə-parça olacaq. Avropaıllar bunu yaxşı bilirlər. Elə ona görə də separatizmdən yarasa işıqdan qorxan kimi qorxurlar. Düz də edirlər. Çünki separatizm vətəndaşı müharibəsi və xaos deməkdir.
İndi sual çıxır: Nədən Qərb sivilizasiyası özünə rəva görmədiyini bizə sırımağa çalışır? Niyə erməni separatizminə arxa-dayaq durur? Məncə, bu sualların cavabı bəllidir. Qərb Türkiyə və Azərbaycanın, bütövlükdə isə Türk dünyasının inkişafının qarşısını almaq üçün erməni kartından dördəlli yapışıb. Biz bu kartı onların əlindən almağı bacarmalıyıq.
Qərb təşkilatlarında təmsil olunan Türkiyə və Azərbaycan nümayəndələri bu kimi məsələlər haqqında açıq və sərt danışmalıdır. Bu kimi arqumentlər qarşısında onların susmağa məcbur olurlar. Öz təcrübəmdən çıxış edib bunu əminliklə deyirəm. Çünki bu məsələ ilə bağlı İsveçrədə çoxları ilə mübahisə etmişəm.
Bildiyim odur ki, erməni məsələsi Qərbin və Rusiyanın türklərə qarşı qurduğu fırıldaqdan başqa bir şey deyil. Fırıldaqçılarla isə yerini göstərmək lazımdır. Türkiyədə fəaliyyət göstərən Vətən partiyasının sədri Doğu Perinçek həmin fırıldaqçıları birdəfəlik yerində otuzdurdu. Fransa erməni soyqırımının inkarını cinayət kimi təsbit etmişdi. İsveçrə də həmin yolu tutmuşdu. Doğu Perinçek İsveçrədə bəyan etdi ki, erməni soyqırımı beynəlxalq səviyyəli yalandır. O, bu bəyanatla Lozannada 2005-ci ilin 25 iyulunda çıxış etmişdi. 2007-ci ildə İsveçrə Ali Məhkəməsi onu müqəssir bildi və 12 min frank cərimə etdi. O, Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutdu. 2013-cü ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsi qərar verdi ki, İsveçrə Ali Məhkəməsi insanın ifadə azadlığına qarşı çıxıb. Əlbəttə, Fransa yaxşı bilirdi ki, erməni genosidinin inkarının cinayət hesab olunması qeyri-qanuni bir şeydir. Buna baxmayaraq, onlar belə bir addım atdılar. Digər Avropa ölkələrini də oxşar mövqe sergiləməyə təhrik etdilər. Axırı da belə bir biabırçılıqla yekunlaşdı.
Bəli, erməni genosidi beynəlxalq səviyyəli yalandır. Fransa da türk düşmənçiliyindən qaynaqlanan bu yalanın həmmüəlliflərindən biridir. Müsəlmanları islam fundamentalizmində ittiham edən Qərb məhz xristian fundamentalizminə söykənərək hələ də bu yalanı müdafiə edir. Bu müdafiənin son parlaq nümunəsini isə özünü demokrat adlandıran Co Bayden nümayiş etdirdi.
Bu günlərdə siyasi şərhçilərimizdən biri yazmışdı ki, demokratlar (söhbət ABŞ-ın Demokratlar Partiyasından gedir) üçün etnik, dini, irqi mənsubiyyət faktoru yoxdur. Yəni demokratlar hansısa millətin düşməni ola bilməzlər. Məsələn, Kamala Harrisin baş müşaviri olan Şri-Lanka əsilli Rohini Kösoğlunun əri Özkan Sedat Kösoğlu türkdür və Türkiyə vətəndaşıdır. Deməli, Co Bayden yunanlara, bütövlükdə xristian dünyasına xoş gəlmək üçün qos-qoca İstanbula Konstantinopol deyir, bizim siyasi ekspert isə xalqı inandırmağa çalışır ki, ABŞ demokratları üçün etnik, dini, irqi mənsubiyyət faktoru yoxdur. Hələ bu nədir ki. Azərbaycanda elələri var ki, ictimai qınaqdan çəkinməsə Türkiyəni erməni soyqırımında ittiham edər. Bu qəbildən olanlar əsasən Qərbdən qrant alanlardır. Ancaq Qərb tərəfindən beyni yuyulanlar da az deyil.
Amerika tarixçisi David Stannardın “American Holocaust” əsəri 1992-ci ildə Oksford nəşriyyatında çapdan çıxıb.
Professor yazır ki, Amerika hindluların (aborigen əhali) 500 il davam edən Holokostu hələ bitməyib. Bu, bəşər tarixində ən uzun çəkən Holokost (yəni soyqırım) hadisəsidir. Professor yazırki, ABŞ və Kanadada 95-114 milyon arasında qızıldərili məhv edilib: “Xristofor Kolumb isə şəxsən yarım milyon qızıldərili qətlə yetirib”.
David Stannard tək deyil. Qərbin onlarca taxrixçisi kiçik fərqlərlə eyni şeyi söyləyirlər. Özü də bu hələ ABŞ və Kanadada baş verən soyqırımdır. Amerika ölkə xaricində nə qədər soyqırımlar törədib? Hər şey ortadadır. Və təpədən dırnağa qədər qan içində olan Amerika hansı üzlə, hansı əxlaqla Türkiyəni ittiham edir? Amerika o ölkədir ki, orada hələ də yerli aborigenlər rezervasiyalarda saxlanılır, qaradərili və ispandilli insanlar isə təqib olunur... / "Müsavat"
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO