Nida Təhlil
Biz sülhə və regional əməkdaşlığa nail olmaq istəyirik - Deputat
"Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat qeyd edib ki, tikilib istifadəyə verilmiş yeni qaz kəmərləri Azərbaycan qazını dünya və Avropa bazarlarına çıxarır: "Qafqazda Azərbaycanın böyük qaz hasilatçısına çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna uyğun olaraq regionda daha irimiqyaslı layihələri reallaşdırmağa imkan verir. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir".
Deputatın fikrincə, əgər Ermənistan ötən 30 ildə olduğu kimi, yenə də bütün regional əməkdaşlıqlardan kənarda qalmaq istəmirsə, Azərbaycanla sülh müqaviləsi imzalayıb qarşılıqlı əlaqələri dəyərləndirə bilər: "Münaqişə dövründə özünü blokada şəraitində yaşamağa məhkum edən qarşı tərəf inkişafdan, dövrün bütün tələblərindən geri qalıb. Prezident İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, biz sülhə və regional əməkdaşlığa nail olmaq istəyirik. Bu fürsətdən erməni dövləti və cəmiyyəti istifadə etməlidir”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
