Nida Təhlil
Bu, dünyanın İlham Əliyevi güclü siyasətçi kimi dəyərləndirdiyini göstərir - Şərh
Hər il olduğu kimi, bu il də 28 May - Respublika Günü ilə əlaqədar olaraq cənab Prezident İlham Əliyevə dünyanın nüfuzlu siyasətçiləri, dövlət başçıları tərəfindən təbrik mesajları gəlir. Builki təbrik mesajlarını ölkə başçımız dövlətimizin ərazi bütövlüyünü bərpa edən müzəffər Ali Baş Komandan kimi qəbul edir.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənova qeyd edib ki, dünyanın müxtəlif bucaqlarında yerləşən ABŞ, Çin Xalq Respublikası, Almaniya kimi dövlətlərin rəhbərlərinin məktublarında Azərbaycanın yürütdüyü siyasət yüksək dəyərləndirilirsə, xüsusi məqam ondan ibarətdir ki, bu siyasi xadimlərin hər biri cənab Prezident İlham Əliyevi bu siyasəti düzgün müəyyənləşdirən mahir siyasətçi, peşəkar diplomat olaraq qiymətləndirir:
“Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə riayət edərək torpaqlarını işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi. Bu isə Azərbaycanın gücünə güc qatmış oldu. İstər müharibəyə qədər, istər müharibə dövründə, istərsə də müharibədən sonra dövlətimiz müharibəyə və COVID-19 pandemiyasının gətirdiyi çətinliklərə baxmayaraq, həyata keçirilən siyasi və iqtisadi layihələrə fasilə vermədi. Belə ki, müharibə şəraitində olmasına baxmayaraq, Cənub Qaz Dəhlizinin tamamlanması işində fasilə yaranmadı və beləliklə də 31 dekabr 2020-ci il tarixində ABŞ hökumətinin yaxından dəstəklədiyi bu layihə işə salındı. Azərbaycan Avropanın enerji şaxələndirilməsinə töhfə verdi. Məhz bu məqam ABŞ Prezidenti Co Baydenin məktubunda öz əksini tapdı. Bayden bir daha onu ifadə etdi ki, dünyanın fövqəldövləti olan ABŞ təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin həyata keçirilməsində maraqlıdır”.
Politoloqun sözlərinə görə, Xəzərdə yerləşən yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması göstərdi ki, Azərbaycan regionda qurucu siyasət yürüdən dövlətdir: “Azərbaycan bütün dövlətlərlə dialoq və dostluq münasibətlərinin qurulmasında maraqlı olan ölkədir. Bütün bu amillər də sözsüz ki, dünya birliyi tərəfindən görünür və dəyərləndirilir. Bu gün dünya koronavirus pandemiyasının gətirdiyi çətinliklərlə mübarizə apardığı bir zamanda Azərbaycan Prezidenti COVID-19 ilə bağlı bir neçə qlobal, iqtisadi və humanitar layihələrdə liderlik təşəbbüsü ilə çıxış etdi. Bu məqama Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda xüsusilə toxunuldu.
Çin Xalq Respublikasının sədri Si Cinpinin məktubunda “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsində maraqlı olmasını bildirməsi isə onun Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyindən, Azərbaycanı olduqca önəmli strateji tərəfdaş kimi dəyərləndirdiyindən xəbər verir”.
Ekspert bildirib ki, otuz il ərzində dövlətimizin keçdiyi yol, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu daxili siyasət və çoxvektorlu xarici siyasət bu gün dünya liderləri tərəfindən də izlənilir və yüksək dəyərləndirilir: “Cənab Prezident İlham Əliyev atdığı bütün addımlarda xalqımızın milli maraqlarını əsas tutur, onu regionun və dünyanın aparıcı aktorları arasında öz sözünü deyə bilən bir ölkə kimi təmsil edir. Təbrik məktublarının məzmunu isə bu addımların məntiqi izahı kimi dəyərləndirilməlidir. Müharibədə əldə edilən zəfər isə Azərbaycanın adını müasir tarixə qızıl hərflərlə yazdıran cənab Prezident İlham ƏIiyevin adı ilə bağlıdır”.
Akqabay Mıradov
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO