Nida Təhlil
Pandemiya dövründə metronun istifadəyə verilməsi unikal addımdır - Deputat
Yeni açılan metrostansiyaya “8 Noyabr” adının verilməsi çox mühüm hadisədir.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, “8 Noyabr” stansiyasının müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifələrdən biridir. Bu və digər vəzifələrin yerinə yetirilməsi məqsədilə mütəmadi olaraq əsaslı təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir:
“Pandemiya dövründə metronun istifadəyə verilməsi çox unikal addımdır. İnsanların gediş-gəlişini rahatlaşdıracaq. Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda koronavirus yoluxmalarında da kəskin azalmalar baş verir. Odur ki, açıq havada maskanın ləğv edilməsi və metronun açılması gözlənilən idi. Həm insanların gediş-gəlişi asanlaşacaq, həm də iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərəcək.
Hazırda bütün diqqət Qarabağın bərpasına və yenidən qurulmasına yönəldilib. Amma Azərbaycanda həm nəqliyyatın, həm də metro infrastrukturunun inkişafında böyük işlər görülür. Xaricdən kifayət qədər yeni-yeni avtobuslar, qatarlar alınır və maşrut xətləri buraxılır. Ola bilsin ki, “Formula 1” yarışları ilə əlaqədar olaraq bir neçə gün müvəqqəti problemlər yaransın, amma iyunun 8-dən sonra hər şey yenidən öz axarına düşəcək.
Dəmir yollarının da bərpa olunması istiqamətində bir çox layihələr həyata keçirilir, yeni qatarlar gətirilir. “Azərbaycan Dəmir Yolları” şirkəti Sumqayıta əlverişli maşrut açdı ki, bu da birbaşa insanların gediş-gəlişini rahatlaşdırdı. Qarabağa da dəmiryolu xəttinin açılması haqqında dövlət başçısı tərəfindən göstərişlər verilib. Nəqliyyat infrastrukturunda irəliləyişlər çox böyükdür”.
Aytən Məftun
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)























.jpg)
.jpg)

