Nida Təhlil
Türkiyə Azərbaycanda baza qura bilər, QH maneə deyil
Qoşulmama Hərəkatı (QH/NAM) Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasına maneə deyil. Təşkilat öz üzvlərindən sadəcə hərbi bloklara qoşulmamağı tələb edir.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, Azərbaycan ərazisində hansısa ölkənin hərbi bazasının yaradılması və ya hərbi kontingentinin yerləşdirilməsi həmin ölkə ilə rəsmi Bakının verəcəyi qərardan aslıdır:
“Soyuq müharibə illərində SSRİ-nin Varşava paktı ilə ABŞ-ın NATO-su arasında qalan dövlətlər neytrallığını qoruyaraq, belə bir təşkilat ətrafında birləşdilər.
Azərbaycan Qoşulmama Hərəkatının sədri və üzvü olduğu üçün indiki halda nə KTMT, nə də NATO kimi hərbi bloklara qoşula bilər. Lakin öz ərazisində Türkiyə, Pakistan və ya başqa bir ölkənin hərbi bazasını yarada bilər. Bu ölkəmizlə həmin ölkə arasında aparılacaq danışıqlardan asılıdır”.
F.Mehdiyevin sözlərinə görə, Türkiyə NATO ölkəsi olsa da, onun Azərbaycan ərazisində yaradacağı hərbi baza təşkilatın bazası sayıla bilməz:
“Məsələ ondadır ki, bu gün bir çox NATO ölkəsinin başqa ölkələrdə hərbi bazası mövcuddur. Misal üçün ABŞ NATO ölkəsi olsa da, bir çox ölkədə hərbi bazaları var. Bu mənada Türkiyənin NATO ölkəsi olması onun Azərbaycanda hərbi baza yaratmasına heç bir maneə deyil. Onu da qeyd edim ki, bu gün ABŞ-ın hərbi bazası olan ölkələrin bəziləri elə Qoşulmama Hərəkatının üzvüdür”.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)








.jpg)

















.jpg)
.jpg)

