Nida Təhlil
Beynəlxalq yarışlara ev sahibliyi etmək bizə nə verir?
"Müharibə bitib. Azərbaycan qalib gəlib. Bu baxımdan təbii ki, ölkəmizdə əhval-ruhiyyə tam fərqlidir. Azərbaycan dövlətinin və xalqının qarşısında əsas məqsədlərdən biri "Böyük qayıdış"ın təmin olunmasıdır. Bunun üçün Azərbaycan bütün gücünü səfərbər edib. Beynəlxalq səviyyəli idman tədbirlərinin Azərbaycanda çox yüksək səviyyədə keçirilməsi ölkəmizi bütün dünyaya tanıtmaq üçün gözəl üsul və imkanlardan biridir. Azərbaycan "Formula 1" və digər beynəlxalq əhəmiyyətli yarışlara dəfələrlə ev sahibliyi edib".
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, ölkəmiz bu istiqamətdə xeyli təcrübə qazanıb:

“Artıq Azərbaycanda həyat normal səviyyəyə dönür. Biz təbii olaraq bu cür beynəlxalq yarışlara ev sahibliyimizi ənənəvi hala gətirəcəyik. Xalqımızın qarşısında duran böyük hədəflərdən biri də ölkəmizin öz iqtisadi inkişafının nəticələrini məhz Azərbaycan mədəniyyətinin hesabına tanıtmaqdır. Mədəniyyət qavramını mən geniş anlamda deyirəm. Mədəniyyət təkcə incəsənətdən ibarət deyil. Azərbaycan mədəniyyəti çox geniş anlayışdır. Ailə mədəniyyəti, siyasi mədəniyyət, idarəetmə mədəniyyəti kimi anlayışlar da buraya daxildir. Təbii ki, idman da mədəniyyətin tərkib hissəsidir.
Azərbaycan mədəniyyəti ilə dünya mədəniyyətinin beynəlxalq səviyyədə inteqrasiyası üçün idman yarışlarının ölkəmizdə keçirilməsi çox mühüm amildir. Bizim ölkəmiz müasir, müstəqil, demokratik bir dövlət kimi inkişaf edəcəksə, onun dünya ilə sıx əlaqələri olacaq. İlk növbədə dünya mədəniyyəti ilə. Təbii ki, Azərbaycan da dünya mədəniyyətinin tərkib hissəsidir. Biz bu istiqamətdə öz inkişafımızı davam etdirəcəyik".
Tural Turan
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar










.jpg)

.png)





.jpg)




.jpg)

.jpg)










