Nida Təhlil
Böyük Rusiyanın kiçik ürəkliliyi...
Rusiyada polis tərəfindən qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin qatili azadlığa buraxılıb. Niyə? Öldürülən azərbaycanlıdır da, ona görə? Rusiyada rus olmayanların ölümü adi haldır yoxsa?
Vəkili başından güllələyərək öldürən polis həbs olunmuşdu; ona qarşı öncə cinayət təhqiqatının dayandırılması, sonra isə onun azadlığa buraxılması nəyin ifadəsidir? - Bu, ilk növbədə, böyük Rusiyanın kiçik ürəkliliyini göstərir. Onu göstərir ki, rusun hüquq sistemində problemlər - ciddi problemlər mövcuddur. Bu, “ağılla idrak edilməsi mümkün olmayan” və də ruhsuz ölkədə siyasi ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğunu nümayiş etdirmirmi?
Vəkil Abdullayev nəyə görə saxlanmışdı? Adammı öldürmüşdü, evmi yıxmışdı, terrormu törətmişdi, ya nə? Yol qaydalarını pozmuşdu: onda cəzasını verərdilər, daha öldürmək neyçün? Polisin silah çıxartmasına nə ehtiyac varıydı? Asayişi beləmi təmin edirlər?
Bu hadisə Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğunu göstərdi. Göstərdi ki, 1945-ci ildə bizlərin də müstəsna iştirakı ilə faşizmi məğlub edən rus yalnız SSRİ-nin varisi deyil, eyni güclə faşist Almaniyasının da varisi dərəcəsində bir ölkədir. Özündəki neofaşizm azmış kimi, Ermənistan adlı üzqarası faşizm yuvası da barındırıb, bəsləyib. Yazıqlar olsun, Tolstoyun, Dostoyevskinin ölkəsinə.
"Russia Today" telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü, “Vahid Rusiya” partiyasından Dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina kimilərinin qatil polisə dəstək verməsi (və onun azadlığa buraxılmasını tələb etməsi!) Rusiyada rasistlərin xalqın adından danışmaq yetkisi əldə etməyə yaxınlığını göstərir. Belələrinin millət vəkili olması qanuna, qanunverici orqana sayğısızlığın bariz örnəyidir.
Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Görəsən rəsmi Tiflis öz vətəndaşına niyə yiyə durmur? Gürcüstan bu məsələni beynəlxalq təşkilatlarda qaldırmalı deyilmi?
Rusiya vətəndaşı olan Dilqəm Quliyev Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin xüsusi əməliyyatı ilə əsir götürülüb, işgəncələrə məruz qalınca Rusiya necə susurdusa, Gürcüstan da eləcə susacaqmı?!.
Suallar çoxdur...
Əkbər Qoşalı
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi





































.jpg)


