Nida Təhlil
Bu səfərin əsas mahiyyəti - Qarabağ Azərbaycandır!
“44 günlük Vətən müharibəsində qalib gəlmiş, pandemiya ilə mübarizədə uğurlu nəticələr qazanmış, yoluxmanın sayını azalda bilmiş Azərbaycan yenidən böyük idman tədbirlərinə ev sahibliyi edir. Bir müddət əvvəl “Formula 1”, indi futbol üzrə Avropa çempionatının Azərbaycanda gerçəkləşməsi böyük hadisədir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.
Deputat bildirib ki, bu cür beynəlxalq idman yarışları dünya səviyyəsində Azərbaycanı daha yaxşı tanıtmaq, ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirmək üçün çox gözəl üsullardır:

“Eyni zamanda, bütün bunlar qalib dövlətə, qalib xalqa əlavə güc verir. Bununla yanaşı, Türkiyə milli komandasının Avropa çempionatının qrup mərhələsinin 2 oyununu Bakıda keçirməsi bizim dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır. Qrup oyunlarından birini izləmək üçün Türkiyə Prezidenti Azərbaycana səfərə gələcək.
Bundan sonra Türkiyə Prezidentinin Azərbaycanın dövlət başçısı ilə Qarabağa - azad olunmuş Şuşaya səfəri gözlənilir. Bizim bir millət, iki dövlət modelimiz hər bir sahədə, hər bir istiqamətdə yaxın olub. İki müttəfiq dövlətin dünyaya müstəqilliyini nümayiş etdirməsi çox gözəl bir imkandır. Qarabağ Azərbaycandır! - Bu səfərin əsas mahiyyəti məhz bundan ibarətdir”.
Tural Turan
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi





































