Nida Təhlil
Bu, Prezidentin uğurlu diplomatiyasının məntiqi yekunudur - ŞƏRH
Ermənistan tərəfinin Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etməsi Prezident İlham Əliyevin qətiyyətinin, əzmininin və səbəb-nəticə əlaqəsinə söykənən uğurlu diplomatiyasının məntiqi yekunudur.
Bunu Publika.az-a politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçinin sözlərinə görə, necə ki, ölkə başçısı illər ərzində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ardıcıl, düşünülmüş və birbaşa müsbət nəticəyə istiqamətlənmiş fəaliyyət göstərdi, müharibə bitdikdən sonra da Prezident bütün rəsmi və qeyri-rəsmi görüşlərdə bu məsələni qabardıb: "Prezident İlham Əliyev individual olaraq dövlətləri, beynəlxalq təşkilatları, bütün dünya ictimaiyyətini Ermənistana bu məsələdə təzyiq göstərməyə dair ardıcıl çağırışlar edib. Burada son zamanlar ABŞ-ın Qarabağda minalardan təmizlənmə ilə bağlı verdiyi bəyanatı, Ermənistana təsir mexanizmi də mühüm məsələdir. Müharibənin və münaqişənin yekunlaşmasına baxmayaraq, ondan sonrakı zaman çərçivəsində də Ermənistan mina xəritələrini təqdim etməməklə hərbi cinayətlər törətməyə davam edib. Bundan irəli gələrək siyasətçilərimiz, diplomatlarımız iştirak etdikləri xarici səfərlərdə, kütləvi informasiya vasitələrinə verdikləri açıqlamalarında, çıxışlarında bu məsələni hər zaman diqqətdə saxlayıblar".
Şəbnəm Həsənova qeyd edib ki, aparılan ardıcıl və hərtərəfli fəaliyyətin yekunu olaraq Ağdam rayonunun minalanmış ərazilərinin xəritələri Azərbaycana təhvil verildi: "Ağdam rayonunda 97 min mina basdırılıb ki, bu da tarixdə misli görünməmiş bir canilikdir. Bu, bir daha onu sübut edir ki, torpaqların öz sahibinə qayıdacağını bildikləri üçün ermənilər işğal dövründə torpağın əzəli sahiblərinə xeyli ziyan vurmaq məqsədilə maksimum əraziləri dağıtmaq və mina basdırmaq fəaliyyəti göstəriblər".
Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi növbəti dəfə humanist addım atdı və mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etdi: "Beləliklə də dövlətimiz bir daha sübut etdi ki, insan faktoru bizim üçün ən əhəmiyyət kəsb edən məsələdir. Yəni mina xəritələrinin bizdə olması ərazinin qısa zaman kəsiyində təmizlənməsinə, ardınca bərpa-quruculuq işlərinin sürətlə yekunlaşmasına və nəticədə insanlarımızın öz doğma dədə-baba yurdlarına dönməsinin sürətlə həyata keçirilməsinə xidmət edəcək. Ermənistan dərk etməlidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü qətiyyətli, eyni zamanda gələcək perspektivləri özündə ehtiva edən uzaqgörən siyasət bütövlükdə Cənubi Qafqaz regionunun dirçəldilməsinə istiqamətlənib. Mövcud və potensial inkişaf perspektivlərindən kənarda qalmamaq üçün Ermənistan mənfur əməllərindən əl çəkməlidir".
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO