Nida Təhlil
Baydendən Çinlə bağlı xəbərdarlıq: “Bu, Rusiyanın başına bəla olacaq”
“Böyük yeddilər”ə daxil olan ölkələrin liderləri Böyük Britaniyadakı son toplantısında iki hədəf göstərdilər - Rusiya və Çin. “Böyük yeddilər”ə daxil olan ölkə liderlərin bir qismi daha sonra NATO-nun topantısına qatılmaq üçün Brüsseldə yığlşdılar və bəlli oldu ki, bu təşkilatın hədəfləri də eynidir”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, NATO-nun Brüsseldə qəbul etdiyi yekun bəyanatda Rusiya “Avropa təhlükəsizliyi üçün təhdiddir” kimi, Çin isə “dünya nizamı üçün sistemli təhlükədir” kimi dəyərləndirildi:
“Halbuki, NATO-nun 18 ay əvvəl keçirilən sammitində Çini sadəcə “böyüyən güc” kimi qiymətləndirilmişdi. Bu o deməkdir ki, Çinin 18 ayda keçdiyi yol Qərbi ciddi narahat etməyə başlayıb.
NATO-nun son strateji planı 2010-cu ildə tərtib olunub. Həmin planda Rusiya “tərəfdaş” adlandırılarkən, Çin barədə bir kəlmə də yox idi. Demək 11 ildə dünya çox dəyişib və təhdidlər artıb. Məsələ budur ki, Rusiya 11 ilin içərisində Krımı ilhaq edib, Donbasda separatçı bölgə yaradıb, başqa ABŞ olmaqla bır sıra Qərb ölkələrindəki seçimlərdə kiberhücumlar həyata keçirib, xaricdəki keçmiş rusiyalı xəfiyyələr müəammalı şəkildə qətlə yetiriliblər və s. Çin də son 11 ildə az yol qət etməyib, iqtisadiyyatı böyüyüb, hərbi imkanları artıb, ətrafındakı əraziləri genişləndirməyə qərar verib və s. ABŞ-la NATO-nun başı Əfqanıstanda qayda-qanun yaratmağa qarışarkən Çin sakitcə irəriləyib. Hazırda ABŞ və NATO Əfqanıstanı tərk etməyə hazırlaşırlar. Odur ki, başqa təhdidlərlə mübarizəyə daha çox vaxt ayrılacaq”.
Elxan Şahinoğlu bildirib ki, Qərb mətbuatı Rusiyadan yazarkən son bir neçə ildə Çinə də diqqəti artırıb:
“Çinin artan ambisisiyaları Qərbi narahat etməyə başlayıb. Çin həm nüvə gücünü, həm də Sakit okean hövzəsində gücünü artırır. Bundan başqa Çinin Rusiya ilə ittifaqı gücləndirməsi də Qərbdə ciddi suallar doğurur. İki ölkə tarixlərində ilk dəfə olaraq birgə hərbi təlimlər keçirməyə başladılar. Vaşinqton və Brüssel Çin-Rusiya birliyini pozmaq üçün müxtəlif ssenarilər üzərində düşünür. Elə ABŞ Prezidenti Co Baydenin Cenevrədə rusiyalı həmkarı Vladimir Putinlə görüşərək müzakirə aparmasının məqsədlərindən biri də məhz bu idi. Bayden Putini xəbərdar edib ki, bir gün Çin artan iştahası Rusiyanın da başına bəla olacaq.
Beləliklə, Qərb Rusiya-Çin ittifaqını anti-demokratik blokun başlıca qüvvəsi hesab edir. NATO Avropa təhlükəsizliyinin təminatçısı rolunda çıxış etsə də, Çinin Asiya bölgəsində artan rolunu və oradan nüfuzunu genişləndirməyə başlamasına seyrçi qala bilməz”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
