Ermənistan cəmiyyəti bu suallara cavab tapa bilmir - Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənistan cəmiyyəti bu suallara cavab tapa bilmir - Deputat

Ermənistanda keçirilən növbədənkənar seçkilərin nəticələrini ölkə cəmiyyətinin qonşu dövlətlərlə mehriban qonşuluq siyasətində yaşamaq iradəsi kimi qəbul etmək olarmı? Demək olarmı ki, Ermənistan vətəndaşları Azərbaycanla sülh sazişini imzalamağı, onun ərazi bütövlüyünə hörmətlə yanaşmağı gələcək hökumətlərinə ciddi tapşırıq kimi irəli sürdülər? Seçkinin nəticələri o deməkdirmi ki, Ermənistan cəmiyyəti artıq başqa xalqların ərazisinə, tarixinə, mədəniyyətinə iddia etməyəcəyini özünün həyat tərzi kimi seçdi? Xeyr.

Publika.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

Deputat bildirib ki, nəinki dünya və qonşular, hətta Ermənistan cəmiyyəti bu suallara cavab tapa bilmir: "Ermənistan hələ də 10 noyabr sazişindən sonrakı dövrdədir, hələ də 11 noyabr yolu axtarışındadır. Ancaq bununla belə, erməni seçicisi nəinki azərbaycanlıların, hətta öz xalqının da qatili olan Koçaryanı seçməkdən imtina etdi. Onun təklif etdiyi Şuşanı və Hadrutu almaq çağırışı ermənilərdə ruh yüksəkliyi yox, qorxu və həyəcan yaratdı. Çünki Robertin aparmaq istədiyi döyüşlərdə onun oğulları yox, sadə erməni kəndlisinin oğlu döyüşməli idi. O döyüşün necə olacağı isə indidən məlumdur. Azərbaycanın hərbi gücünə qarşı Ermənistanın qoyacağı hərbi güc yoxdur və ortada ötən əsrin 90-cı illəri yox, dünyanın Azərbaycana böyük dəyər verdiyi 2021-ci ildir".

A.Mirzəzadə əlavə edib ki, Xocalı qatilinin gəlini Siranuşun axırıncı mitinqdə oxuduğu mahnı erməniləri onun qayınatasının çağırışlarından daha çox qorxutdu: "Siranuşun - şərabdan başı məst olan birinin Türkiyəyə qarşı təhqir və hədə dolu söylədikləri bu gün Türkiyədə işləyən minlərlə erməninin yeganə qazanc mənbəyinin itirilməsi demək idi. Erməni seçicisi xaricdə bahalı villalarda oturub erməniləri növbəti qarşıdurmaya, daha dəqiq desək, növbəti 4 min gəncinin itirilməsinə çağıran milyarder Ara Abramyana, mətbuatı özünün çörək mənbəyinə yox, çörək fabrikinə çevirən Marqarita Simonyana, şou-mətbuatla var-dövlət qazanan, Moskvadan İrəvan generallarına tapşırıqlar verən Aşot Qabrielyanın çağırışlarına da dəstək vermədi. Çünki erməni seçicisinin Ermənistandakı ağır vəziyyətini onların bölüşmədiyi, əksinə, daha da ağırlaşdırmağa çalışdığı gün kimi aydın idi.

Ermənistan ermənisi böyük bir oyunun piyadasına çevrildiyinin fərqindədir, azərbaycanlıların "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır" məsəlini də yaxşı bilir. Ancaq hələ də düşdüyü böhrandan aydın yol tapa bilmir. Xankəndidən baxanda görünəcək və səsi eşidiləcək Ağdam tramvayı, dünənə qədər kənd rayonu olan Füzulidə beynəlxalq əhəmiyyətli aeroport və onun yaratdığı böyük imkanlar, Ermənistanla sərhəddə Zəngilanın ucqar kəndlərinə "ağıllı kənd" layihələrinin həyata keçirilməsi haqqında Prezidentimizin ciddi söhbətlərini ermənilər bizdən yaxşı bilirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm