Nida Təhlil
Bu, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir - Politoloq
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında biz 26 iyun - Silahlı Qüvvələr Gününü artıq qalib ordu, qalib xalq olaraq qeyd edirik. Lakin şübhəsiz ki, bu qalibiyyətə aparan yol bir günün, bir ilin deyil, illər ərzində görülmüş işin nəticəsidir. Belə ki, “Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik” deyən ölkə başçımız bütün istiqamətlərdə əməli işlər görürdü.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyənləşdirilən ordu quruculuğu siyasəti nəticəsində Prezident İlham Əliyev Azərbaycan Ordusunu müasir silah-sursatla təchiz etməyə nail oldu: "Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitin ayrılması ilə hərbi üstünlüyümüzün daha da yüksəlməsini təmin etdik, ölkənin müdafiə sənayesi yaradıldı, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Eyni zamanda beynəlxalq müstəvidə fəal diplomatiya yürüdən ölkə başçımız bütün dünyaya sübut etdi ki, biz işğal ilə heç zaman barışmayacağıq. İllər ərzində milli maraqlarımızı rəhbər tutan İlham Əliyev xarici dövlətlər və beynəlxalq təşkilatlarla diplomatik münasibətlərimizi aktiv davam etdirir, mövqeyimizi çəkinmədən bütün tribunalardan bəyan edirdi".
Siyasi şərhçi qeyd edib ki, heç kimə sirr deyil ki, 44 gün ərzində Prezident İlham Əliyevə nə qədər siyasi təzyiqlər olurdu: "Prezidentimiz özü də dəfələrlə çıxışlarında, Vətən müharibəsi dövründə xalqa hər müraciətində bildirirdi ki, mən xalqımdan heç nəyi gizlətmirəm, bizə böyük təzyiq var. Belə ki, müharibə dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı təşəbbüslər oldu. Lakin hətta vaxtilə bir qrup şəxsin Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması məsələsini lazımsız hesab etməsinə baxmayaraq, sübut olundu ki, Prezidentimiz nə qədər uzaqgörən, eyni zamanda məhz Qarabağ zəfərinə fokuslanmış diplomatik fəaliyyət həyata keçirib. Məhz Azərbaycanın apardığı fəal diplomatiyanın rolu, Qoşulmama Hərəkatına üzv ölkələrin qəti mövqeyi nəticəsində BMT TŞ-də Azərbaycana qarşı təşəbbüslərin qarşısı dərhal kəsildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı illər ərzində görülmüş işlərə nəzər salaraq Azərbaycanın indiki və bundan sonrakı mövqeyini açıq şəkildə bildirdi".
Ş.Həsənova vurğulayıb ki, bu gün yeni reallıq yaranıb və müharibədən 7 ay keçməsinə baxmayaraq, Azərbaycan qurucu dövlət kimi böyük quruculuq işlərinə start verib: "Ermənistan bunu görməlidir ki, azərbaycanlılar qurucu xalqdır. Yaratmış olduğumuz reallığın nəticəsidir ki, Azərbaycana Ermənistan lazım deyil, çünki Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub. Biz illər ərzində bütün qonşu dövlətlərlə aktiv, bir o qədər də konstruktiv siyasət yürüdərək heç bir dövlətə qarşı ərazi iddiası etmədən, təşəbbüskarı və tərəfdaşı olduğumuz bütün layihələrdə etibarlı tərəfdaş kimi çıxış edərək qonşu dövlətlərlə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra etmişik. Ermənistan tərəfi hər şeydən öncə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun. Artıq Dağlıq Qarabağ sözü, ya da münaqişə termini yoxdur.
Ermənistan, onun havadarları ümumiyyətlə bu sözü işlətməli deyil. Əgər erməni xalqını belə çox istəyirlərsə, onların inkişafında maraqlıdırlarsa Ermənistana bildirsinlər ki, öz qonşuları ilə normal münasibətlər qursun və ərazi iddialarından birdəfəlik əl çəksin. Çünki işğalçılıq siyasəti nəticəsində müstəqil dövlət ola bilməyən, xarici dairələrin əlində alət olan, bu illər ərzində həm özünü, həm də dünya ölkələrini aldadaraq riyakar siyasət yürüdən, indiyə qədər bu siyasətin ağır nəticələrindən əziyyət çəkən Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmaqdan, delimitasiya üzrə işçi qrup yaratmaqdan və sülh müqaviləsinə hazırlıq işlərinə başlamaqdan keçir".
Politoloq əlavə edib ki, Prezident dünənki nitqi ilə həm də Azərbaycan cəmiyyətinə, gənclərə, ölkə xaricində yaşayan soydaşlarımıza mesaj verdi: " "Biz şəhidlərimizi, Xocalı qurbanlarını, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır" deyən ölkə başçımız sadəcə Azərbaycan cəmiyyətinə, indiki nəsillərə deyil, eyni zamanda dünya azərbaycanlılarına, gələcək nəsillərə də heç zaman unutmamalı olduğumuz tarixi xatırladaraq olduqca vacib, tarixi mesaj verir.
İlham Əliyevin sözü ilə əməli hər zaman vəhdət təşkil edib. Dövlət başçısı böyük sərkərdəlik, yüksək liderlik keyfiyyətinə xas bir insan kimi hər zaman xalqına söz verirdi ki, şəhidlərimizin qisası mütləq alınacaq. Bu baxımdan da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi ədalətin, qürurun, milli ləyaqətin, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir".
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO