Nida Təhlil
Kuznetsovdan KRİTİK AÇIQLAMA: Ermənistan Azərbaycanla üç vacib problemi həll etmədən...
Seçkilərdən həm əvvəl, həm də sonra Ermənistanın qarşısında üç qlobal problem dayanıb və bu problemləri yeni parlament və hökumət həll etməlidir.
Publika.az xəbər verir ki, bunu Trend-ə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.
O bildirib ki, bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq: "Birincisi, Qarabağdan imtina və bunun Azərbaycanın hissəsi kimi tanınması, ikincisi Azərbaycanla dövlət sərhədinin demarkasiyası, üçüncüsü, Zəngəzur dəhlizinin açılmasıdır. Bu problemlərin hansı ardıcıllıqlar həll olunacağı vacib deyil. Bu problemlərin kompleks həlli olmadan Ermənistanın gələcəyi olmayacaq. İstənilən halda bu ölkənin əhalisi və hökuməti ambisiyalarla rifah arasında seçim etməlidir".
Ekspert Ermənistanın mövcud olmayan "Dağlıq Qarabağ münaqişəsi" barədə indiyədək danışmasını da şərh edib. O bildirib ki, bu cür açıqlamalar ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulub:
"Bundan başqa, rəsmi Yerevan bununla bəzi xarici tərəfdaşlarına, məsələn, Fransa prezidenti Makrona xidmət edir. Gələn il Fransada prezident seçkiləri keçiriləcək və Makrona erməni diasporunun səsləri çox vacibdir. Əgər Ermənistanın rəsmi şəxsləri heç bir Ermənistan-Azərbaycan münaqişəsinin olmadığını bəyan etsə, Makron beynəlxalq vəziyyətdən anlayışı olmayan biri kimi qəbul ediləcək və bu onun onsuz da aşağı olan reytinqinə daha da ciddi zərbə vuracaq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
