Nida Təhlil
Bu, ixrac qabiliyyətimizi artırır - Azər Badamov
"Ələt Azad İqtisadi Zonası xüsusi qanunla idarə olunan ərazidir. Bu ərazidə fəaliyyət göstərəcək şəxslər vergilərdən azaddır və sərbəst şəkildə istehsal, idxal, logistika və ixrac imkanları əldə edirlər".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Ələt Azad İqtisadi Zonasında fəaliyyətin güzəştli olması yerli və xarici sərmayədarların maraq dairəsində olacaq:
"Ölkəmiz üçün Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti çox böyük olacaq. Birinci növbədə qeyd edə bilərəm ki, bu iqtisadi əraziyə daşınacaq bütün yüklər Azərbaycanın ərazisindən keçəcək və tranzit daşınmalarından ölkəmizə gəlirlər gələcək. Digər tərəfdən, ölkəmizdə istehsal olunan bir çox malların, yarımfabrikatların və xammalın Ələt Azad İqtisadi Zonasına idxalının reallaşması ixrac qabiliyyətimizi artırır. Digər bir tərəfi isə bu zonaya başqa ölkələrdən gələn mallarla bağlıdır. Belə ki, burada qablaşdırılaraq logistikasını həyata keçirməklə digər ölkələrə ixrac olunacaq. Ən əsası isə bütün bu proseslərin icrası üçün çoxlu sayda işçi qüvvəsinə tələbat yaranacaq. Bu da ölkəmizdə işsizliyin aradan qalxmasına töhfə deməkdir. Azad iqtisadi zonaların yaradılması bir çox ölkələrin marağındadır. Azərbaycan bu məsələni reallaşdırmaqla investisiya cəlbediciliyini artırmış olur".
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)
