Nida Təhlil
Bu, ermənilərin ilk vəhşiliyi deyil - Ceyhun Məmmədov

Ermənilər davamlı olaraq Azərbaycanın ekologiyasına, faunasına qarşı vəhşilik törədiblər. Onlar Qarabağ və ətraf rayonlarda neçə yüz il yaşı olan nadir çinar ağaclarını məhv edib, meşələri qırıb, yandırıblar. Oxçuçayın çirkləndirilməsi ermənilərin ilk vəhşiliyi deyil.
Publika.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov qeyd edib.
O bildirib ki, ermənilər uzun illərdir ekosidlə məşğul olub, dünya ekologiyasını vəhşicəsinə məhv ediblər: "İndi də əməllərindən vaz keçmirlər. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Oxçuçayın videolarını çəkərək qurumlara təqdim edib. Göstərmişik ki, Ermənistan tərəfi çayı dəhşətli dərəcədə çirkləndirir. Təəssüf doğuran məqamlardan biri də odur ki, ermənilərin ekologiya terrorunda Almaniya şirkəti də iştirak edir. Özünü "demokratiyanın mərkəzi" sayan, tez-tez insan hüquqları və s. mövzularda Azərbaycanı ittiham edən Almaniya erməni terroruna laqeyd yanaşır. Dəfələrlə müraciət olunsa da, reaksiya vermir. Əslində, Avropa ölkələri bu məsələyə çox həssas reaksiya verməli idi. Çünki burada söhbət sadəcə Azərbaycandan deyil, dünya ekologiyasının çirklənməsindən gedir. Düşünürəm ki, bu cür yanaşma riyakarlığın və ikili standartların növbəti təzahürüdür".
C.Məmmədov qeyd edib ki, Ermənistanla yanaşı, alman şirkətinin də ekosid törətməsi qəti şəkildə pislənməli və qarşısı alınmalıdır: "Əgər ekologiya terroruna laqeyd yanaşılarsa, qarşısı alınmazsa, ortaya qətiyyətli mövqe qoyulmazsa Ermənistan təxribatçı əməllərinə, düşmənçilik siyasətinə davam edəcək. Ermənistanın işğalçılıq və təcavüzü, cinayətləri 30 il ərzində ona görə davam etdi ki, ermənilərə "dur" deyən olmadı. Onların qanunsuz hərəkətləri, terrorları Qərb ölkələri tərəfindən qınanılmadı, sanksiya tətbiq edilmədi. Nəzərə alsınlar ki, hazırda dünyada ciddi içməli su problemi yaşanır, şirin sular tükənir. Bir çox ölkələr su qıtlığından əziyyət çəkir. İnsanların və əkin sahələrinin su ilə təmin olunmasında çətinliklər ortaya çıxır. Ona görə də ekoloji terror dayandırılmalı və Oxçuçayın çirkləndirilməsinə son verilməlidir".
Akqabay

-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı