Nida Təhlil
Xankəndində terrorçu ermənilərlə şampan şərabı içəcəklər...- Deputat Şuşaya getməyən səfirlərə ETİRAZ ETDİ
ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç ölkənin - ABŞ, Fransa və Rusiyanın səfirləri humanitar tədbir olaraq nəzərdə tutulan Şuşa şəhərinə səfərdən imtina ediblər. Bunu müxtəlif cür yozmaq imkanımız var, lakin burada əsas diqqəti çəkən məqam bir-biri ilə guya aralarında ziddiyyət olan üç ölkənin ermənilərlə bağlı məsələlərdə həmişə həmrəy davranmasıdır. Çünki bundan öncə bu səfirlər dağıdılmış Ağdam, Füzuli və başqa ərazilərə ölkəmizdəki akkreditasiya olunmuş digər diplomatik korpus təmsilçiləri ilə birlikdə baş çəkməkdən imtina etmişdilər.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib.
O bildirib ki, bu diplomatlar illərdir erməni vəhşiliyinə açıq və dolayı yolla haqq qazandıran ölkələrinin beynəlxalq hüquqa zidd mövqeyini bir daha nümayiş etdirdiklərini diqqətə çatdırıblar: "İndi isə bölgədə sülhdən, mədəni quruculuqdan söhbət getdiyi durumda Şuşanın timsalında bir mədəniyyət mərkəzinin dirçəlişini müşahidə etməyi özləri üçün arzuolunmaz bir addım saydıqlarını büruzə verirlər. İşdir, əgər ölkə Prezidenti səfirlərin etimadnaməsini dövlət protokolu qaydasında məhz Şuşada qəbul etməyi planlaşdırsa, o zaman bu səfirlər nə edəcəklər? Gedib Xankəndində terrorçu ermənilərlə şampan şərabı içəcəklər və Şuşaya ayaq basmayacaqlar?
Səfirlərin bu addımı təkcə öz ərazi bütövlüyünü bərpa etmiş bir dövlətə hörmətsizlik deyil, həm də gələcəkdə bölgədə müharibənin qızışmasına, erməni terrorçuluğunun canlanmasına verilən bir dəstəkdir. Bir siyasi partiya rəhbəri kimi düşünürəm ki, Şuşaya adicə bir səfərə getməyi özünə rəva bilməyən bu ölkələrin səfirliklərinin təşkil etdiyi hansısa mədəni xarakterli tədbirlərdə istər Azərbaycan siyasətçiləri, istərsə də vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirakdan imtina etməlidirlər. Hörmət qarşılıqlı olmalıdır, sən mənim Vətənimin, dövlətimin dəyərlərinə hörmətsiz yanaşacaqsan, biz də sizlərin yan-yörənizdə demokratiya nəzakətinə boğulub üzünüzə gülümsəyəcəyik? Fikrimcə, rəsmi Bakı həmin ölkələrin səfirlərinin bu hərəkətsizliyi ilə bağlı izahat tələb etməlidir, bu izahat qaneedici olmadıqda, ATƏT-in Minsk qurupu ilə hər hansı müzakirəyə və münasibətə son qoyulmalıdır".
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
Magazin209:10Məşhur müğənni niyə yoxa çıxıb?
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan






























.jpg)



.jpg)

