Nida Təhlil
Medianı xəstə salan reket “jurnalistlər”: təcili immunitetə ehtiyac var
İllərdir medianın “kor bağırsağına” çevrilən reket jurnalistlərin şəhid ailələrini də qazanc mənbəyinə çevirməsi artıq “bıçağın sümüyə dirənməsi” oldu.
Adını “jurnalist” qoyan bu reketlər Vətən müharibəsindən sonra aktivləşiblər. Onların bölgələrə səfər etdiyi, şəhid ailələrinin “övladınızı təbliğ edəcəyik” vədi ilə aldadaraq, pullarını mənimsəməsi haqda məlumatlar yayılırdı, hərçənd, media əhli buna inanmaq istəmirdi. Axı söhbət şəhid ailələrindən gedir, hər şeyə bir don geyindirmək bəlkə də mümkündür, amma artıq buna yox.
Baş Prokurorluq yayılan məlumatlarla bağlı araşdırmaya başladı və aşkarladı ki, özünü “jurnalist” kimi təqdim edən Azər Kazımov Rübabə Vəliyeva ilə birlikdə 2021-ci il iyunun 23-25-də özlərini televiziya əməkdaşları kimi təqdim edərək, Qəbələ şəhəri və kəndlərində yaşayan şəhid ailələri barədə çəkilişlər çəkib efirdə yayımlamaq adı ilə şəhid analarından 240 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirib.
Azər Kazımovun və Rübabə Vəliyevanın barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib və hər iki şəxs barəsində müvafiq olaraq iki və bir ay olmaqla inzibati həbs növündə inzibati tənbeh seçilib.
Bu haqda məlumatlar reketlərin “jurnalist” adı ilə şəhid ailələrindən aldıqları pul qarşılığında apardıqları çəkilişləri yayımlamamasıdır. Baş Prokurorluğun məlumatında da bu təsdiqini tapır.
Lakin hətta onlar bu çəkilişi yayımlasaydı belə bu, onların əməlinə haqq qazandırmazdı. Burada iki önəmli məqam var.
Birincisi, pul qarşılığında fəaliyyət jurnalistikanın etik prinsiplərinə ziddir.
İkincisi, burada mənəviyyat məsələsi var. Övladlarını Vətən uğrunda qurban verən şəhid ailəsinin pulunu almaq qəbuledilməzdir.
Müvafiq orqanlar bunun qarşısını aldı. Lakin bu son deyil. Reket jurnalistlər öz işindədir. “www.sheffaf.az” xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahovun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi da bunu təsdiqləyir.
Bu haqda Sabunçu rayon Prokurorluğuna daxil olan məlumat araşdırılıb və müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və “www.sheffaf.az” xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dövlətin müvafiq orqanları reket jurnalistlərə qarşı qanun çərçivəsində mübarizə aparır. Eyni mübarizəni media əhli də, cəmiyyətin özü də aparmalıdır.
İllərdir ağrı verən “kor bağırsağın” kəsilməsinin zamanı gəlib. Əks təqdirdə medianın da, onun prinsiplərinin də sonu olacaq. Hər küçədən gələnin özünə sayt açıb hədə-qorxu və şantaj yolu ilə pul qazanmağa çalışması medianı “axsaq vəziyyətə” salıb. Buna qarşı paralel şəkildə mübarizə aparılmalıdır:
Birincisi, qanunvericilik sərtləşdirilməli, reket jurnalistikaya qarşı daha sərt addımlar atılmalıdır;
İkincisi, ictimaiyyət reket jurnalistikaya qarşı barışmaz mövqedə dayanmalı, onların şantajı, hədə-qorxusu haqda dərhal müvafiq orqanlara məlumat verilməli, ümumilikdə cəmiyyətin bu vəbaya qarşı immunitenti formalaşdırılmalıdır;
Üçüncüsü, media onun adından istifadə edən, onu içəridən çürüdən qurdlarla mübarizədə səfərbər olmalı, bu kimi halları daim gündəmdə saxlamalıdır;
Gecikmək olmaz, vaxt keçdicə qurdlar ağacın kökünü gəmirir...
Asif
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı