Nida Təhlil
10 minlərlə iş yeri yaranacaq - Azər Badamov
"Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ölkəmizin qeyri-neft sektorunun inkişafında yeni səhifə açacaq. Çünki bu iqtisadi ərazi xarici sərmayədarların fəaliyyəti üçün nəzərdə tutulub. Ələt Azad İqtisadi Zonası ideyası ortaya gələndə dünyada bu sahədə uğur qazanmış ölkələrin təcrübələri öyrənilib və burada fəaliyyətlərini quracaq sərmayədarlar üçün səmərəli, əlverişli şərtlər təqdim olunur".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, bu xüsusi ərazinin fəaliyyəti üçün özəl qanunvericilik bazası yaradılıb:
"Ələt Azad İqtisadi Zonasının yerləşdiyi məkan nəqliyyat-logistika baxımından sərmayədarlara idxal-ixrac əməliyyatlarının keçirilməsi baxımından daha əlverişli olacaq. Bu ərazinin fəaliyyətə başlaması ölkəmizə 100 milyonlarla dollar investisiya gətirəcək. Ələt Azad İqtisadi Zonasında çoxlu müəssisələr qurulacaq ki, burada 10 minlərlə iş yeri yaranacaq. Bu da ölkəmizdə işsizliyin aradan qalxmasına öz töhfəsini verəcək".
Deputatın fikrincə, yerli şirkətlərimiz bu ərazidə xarici şirkətlərlə əməkdaşlığa keçəcək və bu da ölkəmizin sənayesinə yeni texnologiyaların cəlb edilməsinə imkan yaradacaq:
"Təbii ki, 1000 hektara yaxın böyük bir ərazidə sənaye, istehsal və logistika sahələri üzrə müəssisələrin fəaliyyətə başlaması ölkə iqtisadiyyatının güclənməsinə öz təsirini göstərəcək. Ələt Azad İqtisadi Zonası özəl qanunla idarə olunduğundan bu ərazidə fəaliyyət göstərəcək müəssisələr vergi və gömrük rüsumlarından azaddır. Amma burada fəaliyyət göstərəcək müəssisələrə xammal və yarımfabrikatlar əsasən Azərbaycanın daxili bazarından ixrac olunacaq. Bu baxımdan Ələt Azad İqtisadi Zonası ölkəmiz üçün həm də yeni bazar deməkdir. Bu zonada sərmayələrin yerləşdirilməsi xarici sərmayədarlar üçün də maraqlı olacaq. Ona görə ki, Azərbaycan siyasi sabitliyini təmin etmiş təhlükəsiz ölkədir".
Azər Badamov hesab edir ki, ölkə iqtisadiyyatı dinamik inkişaf edir, Azərbaycanın milli valyutası olan manat möhkəmdir:
"Ölkədə inflyasiya aşağı həddədir. Beynəlxalq maliyyə qurumlarının reytinq hesabatlarında Azərbaycan yüksək yerlərdədir. Azərbaycan dövlətinin sözü ilə əməli düz gəlir. Bütün bu amillər xarici sərmayədarları düşündürən məsələlərdir və bu məsələlər ölkəmizdə yüksək səviyyədə təmin olunur. Düşünürəm ki, Ələt Azad İqtisadi Zonası layihəmiz uğurlu olacaq və gələcəkdə ola bilsin ki, digər regionlarda da bu təcrübə genişləndirilsin".
Tural Turan
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var










.jpg)















.jpg)



.jpg)








