Nida Təhlil
Bu, region üçün vacib layihədir - Naqif Həmzəyev
“Azərbaycan regionda nəqliyyat şəbəkəsini formalaşdıra bilən nadir dövlətlərdəndir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ələt Azad İqtisadi Zonasının region dövlətləri üçün gələcək perspektivlərindən danışarkən deyib. Millət vəkili bildirib ki, Azərbaycan tranzit şəbəkəsinin tam mərkəzində yerləşir:
“Həm Şimal-Cənub nəqliyyat xətti, həm də Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycan ərazisindən keçir. Azərbaycan bu layihələri reallaşdırmağı bacarmaqla faktiki olaraq yükdaşımalar üçün alternativ yolları təmin edə bilən və bu ideya ilə çıxış edən dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsinə də qoşulub. Bu layihəni də dəstəkləyir. Çindən Avropaya ən sürətli qatar xətti də məhz Azərbaycandan keçməkdədir. Artıq yükdaşımalar gerçəkləşdirilməkdədir”.
Deputat əlavə edib ki, Azərbaycan Ələt Azad İqtisadi Zonasını yaratmaqla yükdaşımaların daha çevik və daha rahat daşınmasını təmin etmiş olur:
“Hazırda Ələt Azad İqtisadi Zonasında xarici təşkilatlar və şirkətlər üçün çox münbit şərait yaradılıb. Orada çox yumşaq qanunlar qəbul edilib ki, hər bir xarici təşkilat və hər bir xarici ölkənin vətəndaşı rahatlıqla bu prosesə qoşulsun. Bu, həm yükdaşımaların təşkilinə, həm də Azərbaycanda iqtisadiyyatın inkişafına töhfə verə bilər. Gələcəkdə buna bənzər layihələrin reallaşmasının şahidi olacağıq. Bildiyiniz kimi, iqtisadi zonalar əksər dünya dövlətləri tərəfindən istifadə edilən bir modeldir”.
Naqif Həmzəyev söyləyib ki, məhz bu modeldən istifadə edən dövlətlər həmin regionda, həmin ərazidə iqtisadi inkişafa nail ola bilirlər:
“Biz Ələt Azad İqtisadi Zonasında nəzərdə tutulan istəklərimizə və iqtisadi inkişafımıza nail ola biləcəyik. Bizim Qarabağ zəfərimizlə yanaşı, Zəngəzur dəhlizinin açılması ilə bağlı anlaşmanın əldə edilməsi Azərbaycanın alternativ tranzit xəttinin işə salınmasına töhfə olacaq. Azərbaycanla Türkiyə arasında quru xəttinin, dəmir yolu xəttinin fəaliyyətə başlaması, həmçinin regionda altıtərəfli platformanın işə düşməsi region dövlətlərinin iqtisadi inkişafına və yükdaşımaların sayının artımına səbəb olacaq. Bununla da Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti daha da artacaq. Bu zona təkcə Azərbaycan üçün deyil, ümumilikdə region və bölgə üçün vacib layihədir”.
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


