Nida Təhlil
"Buranın yükaşırma qabiliyyəti ildə 15 milyon tona çatdırılacaq" - Deputat
"Yeni Bakı Beynəlxalq Ələt Ticarət Limanı Xəzər dənizində ən iri liman olmaqla, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi məkandır. Xəzər hövzəsində yerləşən digər liman terminalları ilə yanaşı, Volqa-Don, Volqa-Baltik kanalları vasitəsilə Qara dənizə, Aralıq dənizinə, Baltik və Şimal dənizlərinə, Atlantik okeanına çıxış imkanları əldə edib və ticari münasibətlər qurulub".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, Ələt Ticarət Limanının yerləşdiyi coğrafi ərazi, özündə dəniz, dəmiryolu, avtomobil nəqliyyatını birləşdirir və loqistika üçün ideal mühit formalaşdırır: "İpək Yolu-nəqliyyat koridoru Çindən başlayır və Avropaya qədər uzanır. Ölkəmiz Avropa ilə Asiya arasında ticarət körpüsü olmaqla yanaşı, Avroasiya məkanında əsas paylama mərkəzi kimi xidmət göstərə bilər. Bu da əlavə iqtisadi dividentlərin əldə olunması deməkdir. Səhv etmirəmsə, gələcəkdə Limanın yükaşırma qabiliyyəti ildə 15 milyon tona çatdırılacaq. Ələt Ticarət Limanının ən böyük üstünlüklərindən biri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə əsası qoyulmuş Ələt Azad Ticarət zonasının yaradılmasıdır".
Deputatın sözlərinə görə, faktiki olaraq, 850 hektar ərazidə ən müasir şəhərsalma prinsiplərini, innovativ ideyaları, ekoloji standartları özündə əks etdirən, gələcəyin şəhəri salınır: "Dünyanın bir çox bölgələrində fəaliyyət göstərən analoji azad ticarət zonalarındakı güzəştli vergi sistemi, investisiya mühiti kimi standartlar Ələt Azad İqtisadi Zonasında da nəzərdə tutulur. Bu da təbii olaraq xarici investorlar üçün cəlbedicidir. Bunun üçün Milli Məclis mükəmməl qanunvericilik bazasını yaradıb. AİZ-da sənayenin müxtəlif sahələri üzrə istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. İnzibati və yaşayış binaları inşa olunacaq, 10 minlərlə yeni iş yerləri yanacadır. Geniş miqyaslı yaşıllaşdırma işləri aparılacaqdır. Ələt AİZ-sı mərhələli şəkildə fəaliyyətini artırdıqca, Azərbaycan iqtisadiyyatının artmasına, böyüməsinə səbəb olacaqdır. Ələlxüsus, qeyri-neft sektorunun inkişafında mühüm irəliləyişlərin olacağı şübhəsizdir. Ələt Ticarət Limanı təkcə Azərbaycan iqtisadiyyatı üçün deyil, region ölkələrinin iqtisadiyyatları üçün də əhəmiyyətli rol oynayır. Misal üçün, dənizə çıxışı olmayan Özbəkistan kimi ölkə üçün olduqca əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra, Limanın və ümumilikdə Yeni İpək Yolunun, mövcud marşrutlar arasında ən qısa olması, onun əhəmiyyətini daha da artırmaqdadır. Bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan Avroasiya Bağlantısı üzrə Yol xəritəsi imzalandı. Hesab edirəm ki, Ələt Ticarət Limanının və Ələt Azad İqtisadi Zonasının, yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının formalaşmasında xüsusi çəkisi olacaq, ələlxüsus post-neft dövründə dövlət büdcəsinin əsas donorlarından olacaqlar".
Tural Turan
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



