Nida Təhlil
Zas İrəvana getdi, Lavrov Bakıya zəng etdi: KTMT sərhədə gəlir?
Bu gün Lavrovla Bayramov arasında telefon danışığı oldu. Əliyevin Moskva səfərindən sonra sərhədlərin delimitasiyası, üçtərəfli razılaşmaların icrası, xüsusilə kommunikasiyanın bərpası proseslərinin iki ölkə arasında müzakirə mövzusu olması normaldır.
Lakin Moskvadan Bakıya edilən zəngin zamanı diqqət çəkir:
- Rusiya sərhədçiləri Qazaxın Əskipara kəndində yerləşib: bu, o istiqamətdə Moskva üçün prioritet olan kommunikasiyanın açılması və sərhədin delimitasiyasının həyata keçirilməsinə hesablanıb; nazirlər prosesin icrasını müzakirə edir;
- KTMT-nin baş katibi Stanislav Zas İrəvanda sərhəd məsələsinin həllində təşkilatın mexanizmlərindən istifadəni müzakirə edir;
Sərhəd məsələsində neytral qalacaqlarını açıqlayan KTMT-nin baş katibi Zasın İrəvana səfərinin üç mümkün səbəbi görünür.
a) Seçkilərdən sonra Ermənistanın KTMT qarşısında öhdəliklərini xatırlatmaq, 2018-ci ildən başlayan anlaşılmazlıqları aradan qaldırmaq, münasibətləri normallaşdırmaqdır;
b) Ermənistana sərhəd məsələsində alternativlərə ehtiyac olmadığnı izah etməkdir: Paşinyan sərhədin delimitasiyasına KTMT-nin monitorinq qrupunun cəlb edilməsini təklif etmişdi, əks təqdirdə, ATƏT-in Minsk qrupunun bölgəyə gətirilməsindən danışmışdı; Zas bu səfərlə üzv ölkə Ermənistana təşkilatın qiyabi dəstəyini nümayiş etdirir;
b) İstisna deyil ki, sərhəddə KTMT monitorinq qrupunun yerləşdirilməsi məsələsi Rusiyanın gündəminə əlavə variant olaraq daxil edilib: Zas İrəvanda müzakirə apararkən, Lavrovun Bakıya zəng etməsi bu ehtimalı önə çıxarır; Moskva sərhəd məsələsinə Qarabağdan sonra bölgədə uzunmüddətli qalmaq perspektivi olaraq baxır; prosesdə KTMT-nin iştirakı təşkilatın zəifləyən nüfuzunu artıra, gələcəkdə ruslar tərəfindən Azərbaycanın “müşahidəçi statusda təmsilçiliyinin” gündəmə gətirilməsi imkanlarını genişləndirə bilər;
Asif Nərimanlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

