Nida Təhlil
Bunun üçün BMT-nin bütün imkanları vardı, amma... - Deputat

Ölkə başçısı İlham Əliyev dünən BMT-nin yeni rezident əlaqələndiricisini qəbul etdi. Görüşdə dövlətimizin rəhbəri BMT-nin nümayəndəsinə söylədi ki, 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür.
Daha sonra prezident BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də toxundu. Bildirdi ki, Azərbaycan ardıcıl şəkildə, ən yüksək səviyyədə, bütün mühüm platformalarda bu məsələni qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı TŞ-nın qəbul etdiyi 4 qətnamə icra olunmadı.
Millət vəkili Nəsib Məhəməliyev Publika.az-a açıqlamasında ölkə başçısının xanım Vladanka Andreyevanı qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərəkən söyləyib ki, Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşərkən, Azərbaycanın təşkilat çərçivəsində gördüyü işləri, təşəbbüsləri xatırladı və gözləntilərimizi də dilə gətirdi:
"Tam haqlı olaraq, BMT-nin Ermənistan-Azərbaycan konflikti ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etmədiyinə, işğal altında olan ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin, şəhər və kəndlərimizin dağıdılmasının, ekologiyanın məhv olunmasının qarşısının alınması, üçün heç bir tədbir görməməsinə görə iradlarını bildirdi. Sadaladığım hər bir məsələ ümumbəşəri əhəmiyyət kəsb edir və onların həlli BMT kimi beynəlxalq qurum üçün prioritet olmalıdır. Təəssüf ki, ikili standartlar problemin həllini 30 il ləngitdi və erməni barbarları ölkəmizə milyardlarla ziyan vurdu. Azərbaycan təkbaşına BMT TŞ-ın qətnamələrini icra etdi. Normal məntiqlə beynəlxalq hüququ bərpa etdiyinə görə Təşkilat tərəfindən Azərbaycana xüsusi təşəkkür edilməli, işğaldan azad olunmuş bölgələrin bərpası üçün yardımlar olunmalı idi. Müharibədən əvvəl dəfələrlə YUNESKO-nun işğal altında olan torpaqlarda erməni vəhşiliklərinin qarşısının alınması üçün dəvət olunmasına baxmayaraq, Azərbaycanın səsinə səs verilmədi".
Deputatın fikrincə, münaqişəni vaxtında həll etmək üçün BMT-nin bütün imkanları vardı:
"Ələlxüsus, Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün Minsk qrupunda təmsil olunduğunu nəzərə alsaq, həm hüquqi, həm də texniki təsir vasitələri imkan verirdi ki, məsələ sülh yolu ilə həllini tapsın və milyona yaxın məcburi köçkün əsaslı dağıntılar olmamış, öz yurdlarına qayıtsın. Bu bilavastə BMT-nin vəzifəsidir. Onun nizamnaməsinin, humanitar hüququn tələbidir. Müharibənin bitməsinə baxmayaraq, yenə də Minsk üçlüyü fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini bərpa etməyə can atır. BMT isə passiv tamaşaçı rolunu oynamaqda davam edir. Düşünürəm ki, Cənab Prezident yeni rezident əlaqələndiricini qəbul edərkən, Azərbaycanı narahat edən və diqqət etməli olan məsələlərə toxunmaqla, bir növ fəaliyyət planını, strateji yol xəritəsini cızdı. Hal-hazırda Yaxın Şərqin bəzi ölkələrində, Əfqanıstanda gedən proseslər bir daha göstərdi ki, beynəlxalq hüquqa ikili standartlarla yanaşma, bütöv ölkələrin dağılmasına, milyonlarla insanın faciəsinə, öz yurdlarından didərgin düşməsinə səbəb olur. Bütün bunların qarşısını, ancaq ədalətli yanaşma sərgiləməklə almaq olar".
Tural Turan

-
Kriminal01:11
Azərbaycanlı qadın müğənni qardaşı tərəfindən ÖLDÜRÜLDÜ - “Həbsdən zəng edib demişdim ki...”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Gözlənilməz hadisələr səni stresə sala bilər
-
Region17 Aprel 22:36
Çavuşoğlunun atası VƏFAT ETDİ
-
Art17 Aprel 22:12
Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
-
Kriminal17 Aprel 21:12
Dəhşətli qətl və intiharın ŞOK TƏFƏRRÜATI - 5 ay əvvəl ailə qurduğu qadının... / VİDEO
-
Nida Xəbər 17 Aprel 20:24
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
Sosial17 Aprel 20:20
Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Magazin117 Aprel 19:12
Anasını itirdikdən sonra ilk dəfə efirə çıxdı - VİDEO