Nida Təhlil
Azərbaycan bir daha Ermənistana öz gücünü göstərdi - Politoloq
“Həmin ərazilərdə demarkasiya və delimitasiya işləri davam edir, sərhədlər nisbətən müəyyənləşib. Ermənilər torpaqlarımızı işğal etdiyi müddətdə həmin ərazidən Ermənistan və İranı birləşdirən yol çəkiblər”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq qeyd edib ki, sərhədlər dəqiqləşdirildikdən sonrqa müəyyən olunub ki, həmin yolun 21 kilometrlik hissəsi Azərbaycan ərazisinə düşür: “Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsində isə Azərbaycanın sərhəd qoşunları yerləşib. Yəni biz kiminsə torpaqlarına dayanmamışıq, öz suveren ərazimizdə yerləşmişik. Bir əsgərimiz ermənilər tərəfindən yaralandı və Azərbaycan buna cavab olaraq öz ərazisindən keçən yolu bağladı. Çünki biz humanistlik göstərərək ermənilərin o yoldan istifadə etməsinə icazə verdik, ancaq onlar çirkin əməllərindən əl çəkmədilər. Bu yol vasitəsilə İrandan Ermənistana yük daşınırdı. İran dövləti də yolun bağlanmasından narahat olduğunu qeyd etdi. Gorus-Qafan yolu bağlandıqdan sonra Ermənistan tərəfi Azərbaycanın müəyyən şərtlərini qəbul edəcəyini açıqladı. Sonra isə Rusiya tərəfinin vasitəçiliyi ilə iki gün bağlı qalan yol açıldı. Biz bununla ermənilərə Laçın dəhlizinidə bağlaya biləcəyimizi göstərdik”.
Qabil Hüseynli vurğulayıb ki, Azərbaycan öz istədiklərinə nail oldu: “Paşinyan həmin bölgədəki yaşayış məntəqələrinin adını Azərbaycan dilində deməklə “bir güllə ilə iki dovşan vurdu”. Həm Azərbaycana xoş olan ifadələr işlətdi, həm də bu yolun Serj Sarksiyan dövründə çəkildiyini işarə etdi. Bütün erməni siyasətçiləri kimi, Paşinyan da riyakar bir şəxsdir. Onun dediklərini biz əsas olaraq qəbul edə bilmərik. Moskvada baş nazirlərin müavinləri arasında üçtərəfli danışıqlar gedir. Onlar əsasən komunikasiyaların açılması barəsində razılığa gəlməlidirlər. Son zamanlar Zəngəzur dəhlizinin açılması da gündəmdədir. Yəni Azərbaycan bir daha Ermənistana öz gücünü göstərdi. Biz humanist bir addım ataraq onların Gorus-Qafan yolundan istifadə etməyinə icazə verdik, ancaq onlar riyakarlıq etdilər. Ermənilərin təxribatına cavab olaraq Azərbaycan tam haqlı olaraq öz ərazisindən keçən həmin yolu bağladı və iki gün ərzində demək olarki Ermənistan iflic oldu”.
Rahib Ələsgərov
-
Səhiyyə11:34Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
-
Dünya11:24Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
-
Magazin111:20Nazir Brilyant Dadaşovanın ərini vəzifəsindən azad etdi
-
Digər11:03Kim Çen In Rusiyada öldürülmüş hərbçilərə muzey tikdirir
-
Hadisə10:13Çilingər hakimin ölümünə görə həbs edildi
-
İqtisadi gündəm09:52Azərbaycanın geyim bazarında səssiz dönüş: Türkiyədən idxal daha da azalacaq
-
Magazin107:35Azərbaycanlı bloqerlər 10 ildə necə dəyişiblər? - Öncə və sonra... - Foto
-
Sosial06:46"Azerina" müştərini şantaj edib? - Şok səs yazısı































.jpg)





