Nida Təhlil
Qarabağda sülhməramlıların mandatı: müzakirə niyə uzanır?
Rəsmi Bakı Qarabağda Rusiya sülhməramlılarının mandatının müəyyənləşməsi ilə bağlı müzakirələrin hələ də davam etdiyini açıqladı.
Mandatın təsdiqlənməsi niyə lazımdır?
Rus sülhməramlıları 10 noyabr razılaşması ilə Qarabağa gəldikdən sonra daha çox funksiyasından kənar fəaliyyət göstərir. Azərbaycan ən yüksək səviyyədə bu məsələyə reaksiya verib. Mandatın təsdiq edilməsi sülhməramlılarının səlahiyyət çərçivəsini də müəyyənləşdirəcək:
- Qarabağda separatçı-terrorçu rejimə dəstək verilməmilidir;
- Bütün məsələlərdə bir tərəflə – Azərbaycanla hesablaşmalıdır;
- Laçın dəhlizindən qeyri-humanitar yüklərin keçidinə icazə verilməməlidir;
- Əsas işi birgəyaşayışı təmin etmək olmalıdır;
Rusiya sülhməramlıları isə faktiki bütün bunların heç birinə əməl etmir. Mandatın müəyyənləşməsi bu məsələlərə konkret aydınlıq gətirəcək, həm də Bakının tələblərini gücləndirəcək.
Əslində Bakı və Moskva arasında mandatla bağlı müzakirələrin uzanmasının səbəbləri də güman ki, bunlardır: ruslar daha çox səlahiyyət istəyir;
Digər məqam Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı ola bilər:
- istisna deyil ki, Bakı Mərkəzin, yəni Türkiyənin də sülhməramlı mandatına daxil edilməsini istəyir;
- 10 noyabr üçtərəfli razılaşmanın 5-ci bəndində qeyd olunur ki, “münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”: bu, Bakıya sülhməramlı mandatının Mərkəzi də (Türkiyəni) əhatə etməsini irəli sürmək imkanı verir;
- rusların qəbul etmək istəmədiyi əsas məsələlərdən biri məhz bu ola bilər: Qarabağda açılan atəşlərlə bağlı Bakının Monitorinq Mərkəzini məlumatlandırması, Rusiya MN-nin açıqlamalarında isə mərkəzi “yox sayması” da bundan qaynaqlanır;
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
