Nida Təhlil
Türkiyənin əsas məqsədi suriyalı qaçqınları... - Politoloq
Suriyada vəziyyət yenidən gərginləşməyə doğru gedir. Bölgəyə nəzarəti ələ almaq üçün Rusiya, Türkiyə və İran arasında gedən mübarizə artıq pərdəarxasından çıxmağa başlayıb. Rusiya və İran bəzi məsələlərdə, xüsusilə də Suriya Prezidenti Bəşər Əsədi postunda saxlamaq məsələsində müttəfiq görünməyə çalışsalar da, Suriyaya nəzarəti ələ keçirmək məsələsində dərin ziddiyyətdə olduqları görünməkdədir.
Publika.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov danışıb. O bildirib ki, Suriya Prezidenti Bəşər Əsəd İran və Rusiya arasında mümkün qədər manipulyasiya etməklə həm öz hakimiyyətini qorumağa, həm də müttəfiqlik münasibətlərini davam etdirməyə çalışır:
“Ona görə ki, Bəşər Əsəd üçün İran canlı qüvvə təminatı məsələsində, Rusiya isə silah-sursat məsələsidə vacib əhəmiyyətə malik ölkədir. Onu da qeyd etmək lazımdır ki, Suriyanın hava məkanını Rusiya qoruyur.
Suriya məsələsində üç qüvvədən biri Türkiyədir. Təbii ki, İran və Rusiya kimi Türkiyənin də Suriyada öz maraqları var və bundan əlavə, nəzərə almaq lazımdır ki, bu gün Türkiyədə 3 milyondan artıq suriyalı qaçqın var və Türkiyənin əsas məqsədi suriyalı qaçqınları öz torpaqlarına geri qaytarmaqdır.
Cenevrə görüşündə nəticə əldə olunmaması bu üç dövlət üçün növbəti yolu göstərmiş oldu. Astana görüşünün keçirilməsi və ortaq razılığın əldə edilməsi bölgədə vəziyyətin dəyişməsinə şərait yaratdı. Qazaxıstanın Astana şəhərində baş tutmuş toplantıda İran, Rusiya və Türkiyə Suriyanın gələcəyi ilə bağlı qərar qəbul etmiş oldu”.
Samir Hümbətov hesab edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında baş tutan Soçi görüşü ona işarə etdi ki, Rusiya İran üçün bölgədə “üçüncü artıqdır” siyasəti ilə hərəkət edir:
“Əlbəttə ki, İran bunu başa düşməmiş deyil. İndi isə Suriyada vəziyyət yenidən gərginləşməkdədir. Rusiya və Türkiyə arasında ələdə olunmuş atəşkəs razılığı yenidən pozulmaqdadır.
Fikrimcə, Suriya böhranının həll edilməsi və ölkədə sülhün əldə edilməsi üçün Astana görüşündə əldə olunmuş razılaşmanın şərtlərinə əməl edilməsi vacibdir. Əks təqdirdə, Suriyada sülhün əldə edilməsi reallıqdan uzaq ola bilər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
