Nida Təhlil
Qüdrət Həsənquliyev bəzi cəhdləri ifşa etdiyinə görə “vurulur” - AÇIQLAMA
Son günlər mətbuatda bəzi partiya "liderləri” tərəfindən BAXCP sədrinə hücumlar edilir.
Publika.az məsələ ilə bağlı BAXCP sədrinin müavini Əli Həziquliyevin Aktual.az-a müsahibəsini təqdim edir:
– Əli bəy Qüdrət bəyə yönələn hücumlar hardan qaynaqlanır və buna cavab vermək istərdinizmi?
– Söhbət tək Qüdrət bəydən getmir, çox təəssüf ki, iqtidarın daxilində Prezidenti görəndə onun əlini öpməyə, amma hər an ona xəyanət edib ölkəmizi fəlakətə sürükləməyə hazır olan adamlar var. Onlar özləri kimi bəzi namussuzları xaricə çıxardıb ordan danışdırırlar. Düşünürlər ki, bu yolla həm Prezidenti gözdən sala, həm də bizləri aktiv fəaliyyətdən və ya indiki mövqeyimizdən çəkindirə bilərlər. Onların bəziləri ifşa olunub, digətlərinin də ifşa olunacağına əminəm.
Bundan başqa bir qurup xəstə adam var ki, xalq hərəkatını, demokratik dəyərləri zaman-zaman gözdən salıblar, əslində onların yeri tarixin zibilliyidir, amma onlar da siyasi həyatda qorunub saxlanılır. Mərhum Elçibəyin bir sözü vardı, deyirdi "pis adamdan xeyir görən tanrısından ziyan görər”. Əvvəl "Əlisa” cütlüyündən istifadə olunurdu. Bəyanatların verilməsi, mitinqlər, yaxud mitinqlərdən imtina, kimlərəsə, ayrı-ayrı ölkələrə hücumlar sifariş edilirdi. Onları lazım olanda bir araya gətirir, lazım olanda düşmənlərə çevirir, ictimai fikri həllini gözləyən problemlərdən yayındıırdılar.
İndi yeni "Əlsərdar” cütlüyündən aktiv istifadə olunmağa başlanılıb. Biri var, adını çəkib şərəfləndirmək istəmirəm, gah cadu-ptidən kitab yazır, sonra "Quran”ın 30 cildlik təfsirini yazdığını bəyan edir, sonra "Nobel” mükafatına namizədliyini verir, gah PKK üzvü Dilanla görüşüb regional məsələləri müzakirə etdiyini bəyan edir. Oğlanlarına xarici ölkədə vətəndaşlıq alıb Rusiya ilə müharibədən dəm vurur, hökumətdən pul alıb radikal "müxalifətçilik” etdiyini nümayiş etdirir və s. Belələri həm sifarişlə, həm də Qüdrət bəyə hücum etməklə özlərini təsdiq etmək istəyirlər. Hər kəsi tənqid etmək olar, o cümlədən də Qüdrət bəyi. Amma əxlaq və etika çərçivəsində, böhtan atmadan.
Qüdrət bəyə əxlaqlı, qərəzsiz və savadlı adamlar hücum etmirlər, çünki onlar onun fəaliyyətini anlaya bilirlər. Qüdrət bəy Milli Məclisinin nümayəndə heyətləri tərkibində ölkəmizi nümayəndəli beynəlxalq qurumlarda 15 ildən artıq bir müddətdə təmsil edən, beynəlxalq siyasi konyukturanın incəliklərini bilən, xarici siyasətçilərin davranışına bələd olan, 30 ildən artıq bir müddətdə peşəkar səviyyədə siyasətlə məşğul olan şəxs kimi xalqa reallıqdan uzaq, avantürist bəyənatlar verən, vətəndaş qarşıdurması yaratmaq istəyən insanların çıxışlarının məğzini açır. Ermənistana Rusiyadan da artıq siyasi və maddi dəstək verən, parlamenti Qarabağın müstəqilliyini tanıyan ölkələrə sığınıb özünün vətənpərvər obrazını yaratmaq istəyənləri, Qarabağda möhtəşəm qələbəmizi şübhə altına almaq cəhdlərini ifşa edir, fəaliyyətlərinin dövlətimiz üçün zərərli olduğunu göstərir. Eyni zamanda iqtidarı əhalinin sosial rifahını yaxşılaşdıracaq ,onların hüquqlarının daha ciddi qorunmasını, qanunun aliliyini təmin edəcək, ölkəmizi hərbi və iqtisadi baxımdan gücləndirəcək vaxtı çatmış islahatları həyata keçirməyə çağırır, bunun üçün atılmalı addımlar barədə danışır, təkliflər verir. Bütün bunlar kimlərinsə maraqlarına toxunur, hücumlar da burdan qaynaqlanır. Amma onlar gec-tez layiq olduqları cəzalarını mütləq alacaqlar, heç kimin buna şübhəsi olmasın. İlahi ədalət öz yerini tutacaq.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var