Nida Təhlil
Bu müsahibə xüsusilə Rusiya ictimaiyyəti üçün vacibdir - Deputat
Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bir çox əhəmiyyətli məqamlara toxundu. Ölkə başçısı bu müsahibəsində müharibə ilə bağlı bir çox vacib detalları açıqladı. Hesab edirəm ki, bu müsahibə xüsusilə Rusiya ictimaiyyəti üçün çox vacibdir. Çünki Ermənistan hər zaman xarici medianı, ümumiyyətlə Rusiyadakı insanları yanlış məlumatlandırmağa cəhd edir. Burada isə bütün məsələlər açıqlandı.
Bu sözləri Publika.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, müsahibədə Ermənistanın hücum etməsi, təxribatlar törətməsi ilə bağlı cənab Prezident bir çox vacib məqamlara aydınlıq gətirdi: “Dövlət başçısı müharibənin Ermənistanın ardıcıl və sentyabrın 27-də pik nöqtəyə çatan hərbi təxribatları, yeni müharibə və işğal planları nəticəsində başladığını, müharibənin ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə başlamasını qeyd etdi. Vurğuladı ki, 44 günlük müharibə Azərbaycanın qəti qələbəsi ilə başa çatdı, torpaqlarımız erməni işğalından azad olundu. Burada mühüm məsələlərdən biri də Azərbaycanın müharibəyə hər zaman hazır olması idi. Cənab Prezident qeyd etdi ki, biz uzun illərdir hazırlaşırdıq, konkret planlar, addımlar var idi. Azərbaycan öz qələbəsini 44 günlük müharibədə uğurla təmin etdi. Azərbaycan Ordusunun ən müasir silahlarla təchiz edilməsi, hərbi əməliyyatların yüksək peşəkarlıqla idarə olunması və yerinə yetirilməsi qələbəmizi şərtləndirdi.
Burada ayrı-ayrı qurumların aktivliyi, Azərbaycan Ordusunun göstərdiyi şücaət, müxtəlif dövlət qurumlarının fədakarlığı, gənclərimizin vətən uğrunda qəhrəmanlığı xüsusi vurğulandı. Ermənistan cəmiyyətinin davamlı olaraq Ermənistan hakimiyyəti tərəfindən aldadılması məsələsinə də ölkə başçısı geniş şəkildə toxundu. Prezident İlham Əliyev müharibənin necə aparıldığı və hansı mərhələlərdən keçildiyi barədə vacib məlumatlar verdi. Xüsusi təyinatlıların əsl peşəkarlıq, şücaət, qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirməsinin qələbəmizin əldə olunmasında mühüm rola malik olmasını bildirən Prezident qeyd etdi ki, Ermənistan bizdən fərqli olaraq dinc əhalini, yaşayış yerlərini hədəf alırdı. Məqsədləri insanlarda qorxu yaratmaq idi. Ancaq Azərbaycan xalqı mərd, qorxmaz xalqdır. Biz həm də xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməsi nəticəsində düşmənə qalib gəldik”.
Akqabay Mıradov
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO













.jpg)





.jpg)















.jpg)


