Nida Təhlil
Əliyev şəhidlərin Anım Günündə hansı sözü verdi? - TƏHLİL
Müharibənin ildönümündə hələ də Qarabağla bağlı təhdidlər, risklər mövcuddur. Və Əliyev Anım Günündə bu təhdidlərlə bağlı Azərbaycanın mövqeyini təkrarladı, lakin diqqətçəkən məqam təhdidlərə qarşı atılacaq addımları bu dəfə şəhidlərin Anlm Günündə elan etməsi idi.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilib: Qarabağda nəzarətdən kənar ərazilər müzakirə mövzusu deyil;
Əliyev bildirir: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.
Rəsmi Bakının Qarabağla bağlı mövqeyi dəyişmir, lakin bu dəfə bir qədər də sərtləşdirilir. Əliyev əslində nə deyir?
1. Azərbaycana qarşı separatizmi körükləyənlərin özləri eyni halla üzləşə bilərlər;
2. Ölünü diriltmək istəyənlərə qarşı Bakı da eyni taktikanı seçə bilər: bu, “hücum diplomatiyası”na əsaslanan mesajdır;
3. Bakının hərbi güc addımı təkcə Ermənistana yox, “Dağlıq Qarabağı” diriltmək istəyən bütün tərəflərə şamil edilə bilər: Əliyev ordunun komandanı kimi xəbərdarlıq edir;
Xəbərdarlığını şəhidlərin xatirəsi önündə etməsi şəhidlərin ruhu önündə verilən söz idi.
“Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”, - Əliyev deyir.
Və bununla Əliyev Qarabağla bağlı geriyədönüşün olmadığı, heç bir güzəştin olmayacağı mesajını bu məsələdə maraqlı olan hər kəsə bəyan edir.
Əliyevin çıxışında iki mesaj da önəmli idi:
Birincisi, müharibənin ildönümündə xəbərdarlığı Ermənistana yox, üçüncü tərəflərə etdi: bu, “İrəvan artıq tərəf deyil, tərəf olmaq istəyənlər də Ermənistana qarşı atılan addımlarla üzləşəcək” deməkdir;
İkincisi, bölgədə və Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Bakıdır, yəni “regionda bizimlə hesablaşmalısınız”.
Asif Nərimanlı
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)











.jpg)














.jpg)
.jpg)

