Nida Təhlil
Həsənovun qəbulunda mühüm detal: Kosobokovun göndərilmə səbəbi məlum olur - VİDEO
Video əlavə olunub.
xxx
Müdafiə naziri Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Gennadi Anaşkini qəbul edib: Anakşini təqdim etmək üçün Bakıda olan Rüstəm Muradovun yanında Qarabağda cəmi iki həftə qalan Mixail Kosobokov olmaması xüsusi diqqət çəkdi.
Ötən həftə Muradov Anaşkin İrəvanda təqdim edərkən, Kosobokov da Ermənistan müdafiə naziri Arşak Karapetyanın görüşündə idi.
Kosobokovun İrəvandan fərqli olaraq, Bakıda olmaması onun vəzifəyə təyin olunandan cəmi iki həftə sonra geri çağırılmasında Azərbaycanın tələbinin rol oynadığı fikrini gücləndirir.
M.Kosobokov bölgəyə gələn kimi Rusiya sülhməramlılarının indiyə qədər qeyri-adekvat fəaliyyətini daha açıq müstəviyə keçirdi: xəritə üzərində sülhməramlıların nəzarət bölgələrini genişləndirdi, Laçın dəhlizini genişləndirmək istədiyinə dair məlumatlar var idi və s.
Kosobokovun bölgədə olduğu vaxt diqqətçəkən hadisələrdən biri Azərbaycan əsgərinin Xocavəndin Cütcü kəndi istiqamətində 1200 metr irəliləməsi, danışıqlardan sonra geri çəkilməsi idi: istisna deyil ki, bu irəliləmə məhz Kosobokovun (ümumilikdə Rusiyanın) təxribatlarına cavab idi və orduya tapşırıq da möhkəmlənmək yox, “əzələ nümayişi” göstərməklə bağlı olub;
Və bu hadisədən bir neçə gün sonra Kosobokovun Qarabağda cəmi iki həftə çəkən fəaliyyətinə son qoyuldu. Anaşkinin təyin olunması ilə sülhməramlılarının xəritəsində edilən dəyişikliklər də Bakının tələbinin Moskva tərəfindən nəzərə alındığının nümunəsi hesab oluna bilər və təbii ki, Rusiyanın geriçəkilməsi Bakı-Moskva xəttində anlaşılmazlıqların aradan qaldırılması ilə bağlıdır: İlham Əliyevin Rusiya və Türkiyə mediasına müsahibələrindən bu nəticəni çıxarmaq olar;
Bu proseslər fonunda Anaşkinin təqdimatı zamanı Kosobokovun görüşdə olmaması da, Bakının onu qəbul etmək istəmədiyindən irəli gəlir. Və bu, Bakının Qarabağda adekvat addımlar atması baxımından müsbət məqamdır.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





