Nida Təhlil
İranın sərhəddəki təlimlə ötürdüyü 3 mesaj - Brayza
İran hökuməti Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə üç əsas mesaj ötürməyə çalışdı.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza deyib.
Onun sözlərinə görə, səbəblərdən birincisi Türkiyə və Azərbaycana ünvanlanıb:
“Birinci əsas səbəb Türkiyə, Pakistan və Azərbaycanın iştirakı ilə Azərbaycan ərazisində keçirilən hərbi təlimlərdir. İkinci səbəb, İran sistemi daxilindəki narazılıqlardır”.
Brayzanın fikrincə, üçüncü və ən əsas mesaj İran ərazisində yaşayan azərbaycanlılarla bağlıdır:
“Bildiyiniz kimi, Şimali İranda əsasən etnik azərbaycanlılar yaşayır. Onların 44 günlük müharibə əsnasında İranla sərhəd boyunca hərəkət edən Azərbaycan əsgərlərinə intuziazmla dəstək nümayiş etdirməsi rəsmi Tehranın narahatlığına səbəb oldu. Çünki Tehranda hər zaman etnik azərbaycanlıların bir növ separatizmə meyil edəcəyi ilə bağlı böyük qorxu olub. Düşünürəm ki, İran hökuməti nəzarətdən çıxa biləcək hər hansı bir nümayişin meydana gəlməsinin qarşısını almaq üçün Azərbaycanla sərhəddə hərbi güc nümayiş etdirir”, – deyə diplomat bildirib.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm







.jpg)
























.jpg)
.jpg)

