Nida Təhlil
Ermənilər 30 il ərzində Hadrutda... - Asim Mollazadə
Ölkə başçısı İlham Əliyevin Hadruta, ümumilikdə Xocavənd rayonuna səfəri bir sıra məqamlarla yadda qaldı. Tuğ kəndində ermənilərin 30 il ərzində bu yaşayış məntəqəsini necə xarabaya çevirdiyini bütün dünya gördü. Ümumiyyətlə, bir sıra ekspertlər hesab edir ki, 9 oktyabr 2020-ci il Hadrutun yeni erasının başlanğıcıdır.
Son bir il ərzində Hadruta yeni yollar salınıb. Yeni kammunal xəttlər çəkilməkdədir. Prezident demişkən, bu hələ başlanğıcdır.
Bunu Publika.az-a Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Prezident İlham Əliyevin Xocavənd rayonuna səfərini şərh edərkən deyib.

O bildirib ki, Hadrutun azad edilməsi əslində Azərbaycanın ümumi gələcək qələbəsi üçün çox mühüm bir addım idi: "Ölkə başçısı Hadrut şəhərinin bərpası ilə bağlı çox ciddi işlərin başlanıldığını vurğuladı. Bu, Azərbaycan, eləcə də Böyük Qayıdış üçün çox ciddi bir plandır. Prezident Hadrut ictimaiyyəti ilə görüşdü və bu görüşdə gələcəkdə görülən işlərdən bəhs olundu. Bütün bunlarla yanaşı, bir məsələyə də diqqət çəkildi. Bildirildi ki, illər ərzində Hadrut səfalət içərisində olub. Erməni vandalları işğal dövründə buranı çox ağır duruma salıblar. Oradakı ermənilər də səfalət içərisində yaşayıblar. Sadə ermənilər də Qarabağdakı separatçı hərbi cinayətkarların idarəetməsinin ağır nəticələrinin qurbanlarıdır. Bizim qələbəmizin mühüm addımlarından biri olan Hadrutun azad edilməsi dünyanın diqqətini yenə də Azərbaycanın müzəffər ordusunun peşəkarlığına cəlb etdi".
Tural Turan
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)









.jpg)
















.jpg)
.jpg)

