Nida Təhlil
18 oktyabrda nə baş vermişdi? - Politoloq AÇIQLADI
“Hələ 18 oktyabrdan ay yarım əvvəl, 30 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardı:
“Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslandı. Bundan ilham alaraq "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etdi. Beləliklə, müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmiş oldu. Konstitusiya Aktı Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli iclasında qəbul edildi. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olundu”.
Politoloq onu da xatırladıb ki, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi:
“1990-cı ilin noyabrın 17-də isə ilk dəfə olaraq Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən üçrəngli bayraq Ali Məclisə gətirilmişdi. O zaman Naxçıvan Ali Məclisinin sədri olan mərhum prezident Heydər Əliyev muxtar respublikada SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinə qarşı çıxmışdı və Naxçıvanda bu referendum baş tutmamışdı. 1991-ci ilin fevralın 5-də Azərbaycan Respublikasının dövlət bayrağı kimi üçrəngli ay-ulduzlu bayraq qəbul edilmişdi. Bir sözlə, 18 oktyabr 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bir əsrdə ikinci dəfə yenidən qazanmış oldu”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
