Nida Təhlil
Müstəqilliyin Bərpası Günü: Azərbaycanın strateji qərarı nəyə hesablanıb?
Müstəqilliyin Bərpası Günü: 18 oktyabr tarixi niyə belə adlandırıldı, 28 May tarixi niyə Müstəqillik Günü oldu, bu dəyişiklik bizə nə verə bilər?
- 18 oktyabr 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında “müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” sözləri əksini tapsa da, 18 oktyabrın Müstəqillik Günü olması Cümhuriyyətlə Respublika arasında hüquqi uçurum yaradırdı: 18 oktyabrın Müstəqilliyin Bərpası Günü olması Azərbaycanın Cümhuriyyətin varisi olduğunun hüquqi əsasını formalaşdırır;
- Cümhuriyyətin hüquqi varisi olmağımız ermənilərin keçmiş DQMV-nin müstəqil Azərbaycanın tərkibində olmadığı iddiasını sıradan çıxır;
- Bu, 1920-ci ildə Ermənistana verilmiş Zəngəzura iddia etmək imkanımızı daha da gücləndirir;
Ən mühüm məqam isə 28 May tarixinin Respublika yox, Müstəqillik Günü olmasıdır.
28 mayın Respublika Günü olması Azərbaycanın dövlət olaraq 1918-ci ildə yarandığı iddialarının mənbəyini təşkil edirdi: bu iddia xüsusilə Ermənistan və İran tərəfindən irəli sürülür; Ermənistan İrəvanın ermənilərə verilməsi, İran Cənubi Azərbaycanın zəbt edilməsi faktını itirmək istəyir;
28 Mayın Müstəqillik Günü olması Azərbaycan dövlətinin 1918-ci ildən öncə də mövcud olduğu və istiqlaliyyətini bu tarixdə qazandığı həqiqətinin hüquqi əsasını yaradır. Və bu, bizim olan İrəvana da, Cənubi Azərbaycana da iddia edə biləcəyimizə imkan verir.
Cümhuriyyəti quranların da, müstəqilliyi bərpa edənlərin də arzusu idi bu. Və bunun məhz müharibədən sonra edilməsi dövlətin gələcək strategiyasını anlamağa imkan verir.
O da simvolikdir ki, Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümünü həm də Xudafərin körpüsünün azad edilməsi günü olaraq qeyd edirik.
İstiqlalımız daim olsun...
Asif Nərimanlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)









.jpg)



















.jpg)
.jpg)