Nida Təhlil
Yeganə doğru xəritə budur – Kuznetsovdan ŞOK FAKT
1920-ci illərə aid olan və İrəvan üçün qorxulu yuxuya çevrilən yeganə xəritə - Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin 1921-ci il Qars müqaviləsinin tətbiqinə uyğun olaraq dövlət sərhədlərinin delimitasiyası xəritəsidir. Maraqlıdır ki, məhz bu ay Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq.
Publika.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
“Çünki 1921-ci ildə Qars sülh konfransının işində yuxarıda adları çəkilən ölkələrin nümayəndə heyətləri, həmçinin, müqavilənin mətni altında imzası olan Rusiya nümayəndəsi iştirak edirdi. Bu xəritənin bir nüsxəsi Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Arxivində saxlanılır. Daha 4 nüsxə - Bakıda, İrəvanda, Tiflisdə və Ankarada olmalıdır.
Qars müqaviləsi Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında sərhədlərin delimitasiyası üçün beynəlxalq hüquq normaları baxımından yeganə qanuni sənəddir. Bu səbəbdən Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müharibədən sonrakı delimitasiyası məsələsində yeganə hüquqi mənbə məhz bu xəritələrdir.
Heç kimə sirr deyil ki, sovet hakimiyyəti illərində Ermənistanın Azərbaycan və Gürcüstan torpaqları hesabına ərazi iddiaları dəfələrlə həyata keçirilib. Bu prosseslərin hamısı SSRİ partiya-sovet orqanlarının qərarı ilə inzibati qaydada baş verib. Bu isə beynəlxalq hüquq normalarına heç cür uyğun gəlmirdi, lakin Sovet İttifaqında belə şeylərə az diqqət yetirilirdi. Bolşeviklərin 1921-ci ildə Qars sülh müqaviləsinin şərtlərinə riayət etmək məcburiyyətində qaldığı yeganə hal 1923-cü ildə baş verdi: o zaman Azərbaycan kommunistləri Naxçıvanın idarəçiliyini Azərbaycanın digər inzibati-ərazi vahidlərinə uyğunlaşdırmaq üçün muxtar respublika səviyyəsindən qəza səviyyəsinə azaltmağı qərara aldılar. Bu prossesə qarşı Türkiyə çıxdı. Son nəticə olaraq isə bu məsələ Kremldə həll olundu və Naxçıvanın muxtariyyət statusu dəyişməz qaldı”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, bu gün rəsmi Bakı Qars sülh müqaviləsi əsasında sərhədlərin bərpasını tələb etmək üçün bütün əsaslara malikdir:
“Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın tərkibinə keçməsi bir neçə mərhələdə - ZSFSR-nin ləğvindən sonra, 1936-cı ilin SSRİ Konstitusiyasının qəbulundan sonra, 1950-ci illərin əvvəllərində və 1980-ci illərdə baş verib.
Ermənistan istəsə də, istəməsə də bu torpaqlar Azərbaycanın nəzarəti altına qayıdacaq.
Ermənistan hakimiyyəti üçün əsl kabus bu beynəlxalq hüquqi sənədə uyğun olaraq Cənubi Qafqazda dövlət sərhədlərinin bərpa olunması üzrə sazişin iştirakçısı olan ölkələrin beynəlxalq regional konfransının keçirilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin tələbi ola bilər. Mən əminəm ki, əgər rəsmi Bakı belə təşəbbüslə çıxış etsə, Ankara və Tiflis onu dəstəkləyəcək. Moskva da bu işə mane olmayacaq. Bundan sonra isə İrəvanın azad manevrlər etməyə heç nəyi qalmayacaq.
Odur ki, rəsmi İrəvan üçün əsl “qorxulu yuxu” hələ bundan sonra başlaya bilər. Əgər Ermənistan Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsində qeyri-konstruktiv mövqeyini davam etdirsə özünü daha çox küncə sıxacaq”.
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək