Nida Təhlil
Prezident hər bir forumda erməni vəhşiliklərini dünyaya çatdırır - Rəy
“Azərbaycan Ermənistanın etdiyi vəhşilikləri dünya ölkələrinə çatdırır. Prezident İlham Əliyev bu məsələ ilə bağlı ciddi addımlar atır. Prezidentin rəhbərliyi ilə ermənilərin törətdiyi vəhşiliklərlə bağlı 44 günlük müharibədən əvvəl də dünya ölkələrinə məlumatlar çatdırılırdı”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, İlham Əliyev hər bir forumda erməni vəhşiliklərini dünyaya çatdırır: “Torpaqlarımızın işğaldan azad olunması üçün apardığımız mübarizə, ermənilərin dinc əhaliyə qarşı törətdikləri cinayətlər və işğal dövründə ermənilərin etdiyi vandalizmlərin hər biri Prezident İlham Əliyev tərəfindən dünyaya çatdırılıb. VIII Qlobal Bakı Forumunda da ölkə başçısı həmin məsələlərlə bağlı məlumat verdi. Forumda həm də Azərbaycanın mövqeyi açıqlandı. İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan sülhsevər dövlətdir və bölgədə sülhün bərqərar olmasının tərəfdarıdır. Biz müharibədən əvvəl də Ermənistan tərəfinə sülhlə bağlı çağırışlar etmişik. İlham Əliyev qeyd etdi ki, əgər Ermənistan bizim çağırışlarımızı eşitsəydi və müvafiq beynəlxalq qurumlar bizim çağırışlarımıza laqeyed yanaşmasaydı, müharibə olmayacaqdı. Çünki biz deyirdik ki, torpaqlarımızdan çıxın və ərazi bütövlüyümüzü tanıyın. Yəni müharibə Ermənistanın və bəzi ölkələrin laqeydlikləri ucbatından oldu. Ermənistanın qeyri-konstruktiv mövqeyi və müxtəlif sərsəm bəyanatları forumda iştirak edən ölkələrin nəzərinə çatdırıldı. Bu tədbirdə dünyanın çoxsaylı ölkələri təmsil olunurdu. Həmin nümayəndələr də tədbirdə deyilənləri öz ölkələrində işıqlandıracaqlar. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə işlər görülür və bu işlər əvəzolunmazdır”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
