Nida Təhlil
Bu forumun əhəmiyyəti olduqca böyükdür - Şərh
"VIII Qlobal Bakı Forumunun keçirilməsi post-müharibə dövründə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir. Birincisi, Bakıdakı foruma qatılan siyasətçilər, aparıcı ölkələrin keçmiş dövlət və hökumət başçıları Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallıqlarla tanış olurlar. İkincisi, Azərbaycan dövlətinin müharibədən sonra regionda böyük ticari-iqtisadi layihələrin reallaşması istiqamətində gördüyü işlərdən əyani olaraq məlumat alırlar. Mövcud reallıqlarla yerindəcə tanış olurlar, ən əsası, əsl həqiqəti onu doğru və dürüst şəkildə çatdıran tərəfdən eşidirlər".
Bunu Publika.az-a açıqlamasında politoloq Sona Əliyeva deyib. Politoloq qeyd edib ki, Prezident İlham Əliyev forumun açılışında çıxış edərkən 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla imzalanacaq böyük sülh müqaviləsinə hazır olduğunu, lakin bu vaxta qədər İrəvandan bu istiqamətdə müsbət impuls alınmadığını vurğuladı:
"Bununla da tədbir iştirakçıları, dünyanın nüfuzlu ölkələrindən olan siyasətçilər kapitulyasiya aktına imza atmış Ermənistanın hələ də regiona əbədi və qalıcı sülhün gəlməsində əsas maneə olduğunu bir daha anladılar. Savaşın bir ili arxada qalıb. Artıq regionda yeni mərhələ başlayır. Post-konflikt dövrünün həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Azərbaycan müharibədən sonra yeni səhifə açıb. Dövlətimiz yenə də humanizm prinsiplərinə sadiq qalaraq Ermənistana sülh əlini uzadıb. Azərbaycan iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi məsələsi, yolların açılması, dəhlizlərin fəaliyyətə başlaması və əlaqələrin qurulması ilə bağlı Ermənistan qarşısında öz təkliflərini irəli sürür. Təəssüflər olsun ki, Ermənistan tərəfi yenə də cəfəngiyyat tələblər səsləndirir".
Sona Əliyeva bildirib ki, hazırda ermənilər faktiki şəkildə mövcud olmayan Qarabağın "statusu"nu istəyirlər, bu istiqamətdə sərsəm fikirlər səsləndirirlər:
"Yenə xülyadadırlar və reallıqla barışmamaq niyyətlərini ortaya qoyurlar. Bu isə hazırda qeyri-mümkündür. Azərbaycan qalib dövlətdir. Odur ki, bu cür forumlar post-konflikt dövründəki həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda mühüm rol oynayır. Eləcə də Azərbaycan müharibədən sonra tamam başqa Azərbaycandır. Azərbaycanın gücü də, imkanları da xeyli genişlənib. Bu gün Azərbaycan regionda geosiyasi duruma olduqca ciddi təsir edən bir dövlətdir. Müharibədən sonrakı dövrdə Ermənistanın yenə də qeyri-konstruktiv mövqe tutmasının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından VIII Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca böyükdür. Bu kimi tədbirlər, forumlar Ermənistanın mövqeyinin dəyişməsinə də gətirib çıxara bilər. Çünki tədbir iştirakçıları forumla bağlı müsahibələrində, açıqlamalarında hansı tərəfin regiona daimi sülhün və əməkdaşlığın gəlməsində maraqlı olduğunu ifadə edəcəklər. Post-müharibə dövründə də Azərbaycanın yenə haqlı tərəf olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdıracaqlar".
Tural Turan
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz