Nida Təhlil
İsrailli ekspertdən Bakıya ÇAĞIRIŞ: O, hər alçaqlığa qadirdir! - VİDEO
Video əlavə olunub.
xxx
Mən dəfələrlə demişəm ki, Ermənistan revanşizmlə yaşayan ölkədir. O, sakitləşməyəcək, sülh müqaviləsini imzalamayacaq, o, yalnız qan, münaqişənin davam etdirilməsi və dərinləşməsini istəyəcək. Bundan əlavə, o, Rusiyanın sülhməramlılarını da bu işə cəlb etməyə və Qarabağın itirilmiş torpaqlarını, heç olmasa, qismən də olsa, geri qaytarmağa çalışacaq.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında israilli ekspert, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Ermənistanın bugünkü təxribatlarını şərh edərkən deyib.
Ekspert Ermənistanı başsız ilanla müqayisə edib:
“Bu ölkə başı kəsilmiş ilan kimidir və bu baş son nəfəsində belə öldürmək niyyətində olacaq. Azərbaycan tərəfi bu ilandan ehtiyatlı olmalıdır. Bir tərəfdən başı kəsildi, digər tərəfdən isə bu baş sancmağa və hər alçaqlıq etməyə qadirdir”.
Onun sözlərinə görə, Ermənistan bir il əvvəl imzaladığı üçtərəfli bəyanata əməl etməyib, Azərbaycanın həm hərbi, həm də mülki obyektlərinə atəş açmaqla özünü terrorçu təşkilat kimi aparır:
“Bizə, israillilərə bu mənzərə çox tanışdır. Bu barədə köhnə deyimimiz var: “Terrorçularla heç bir müqavilə imzalamaq mümkün deyil, çünki onlar ona riayət etməyəcəklər”.
Düşmənlə apardığı ədalətli müharibədə Azərbaycan xalqına sülh və uğurlar arzu edirəm”, - deyə Finkel vurğulayıb.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur







.jpg)




.jpg)





















.jpg)
.jpg)

