Nida Təhlil
Putinin dedikləri ondan xəbər verir ki... - Deputat
26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüş zamanı imzalanmış üçtərəfli bəyanat bir sıra aspektlərdən diqqəti cəlb edir. Əvvəla, bu, Zəngəzur dəhlizinin reallaşmasını daha da yaxınlaşdıran bir sənəddir. Sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri də məhz Zəngəzur dəhlizinin tezliklə reallaşma imkanlarını göstərir.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti əvvəllər də dəfələrlə Zəngəzur dəhlizinin bütün hallarda istifadəyə veriləcəyini bəyan etmişdi: “Kommunikasiyaların paralel bərpası regionda dayanıqlı sülhün yaradılması baxımdan vacib hesab olunur. Digər tərəfdən, sözügedən dəhliz bütövlükdə regionun və hətta bölgədə maraqlı olan əsas qonşu dövlətlərin iqtisadi prioritetlərinə də uyğun hesab olunur. Çünki Zəngəzur dəhlizi regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Rusiya Prezidenti Vladimir Putin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlatdı və bu da prosesin daha sürətlə gedəcəyindən xəbər verir”.

V.Bayramov qeyd edib ki, başqa mühüm məqam Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinməməsi və bununla da regionda formalaşan yeni reallığın nəzərə alınmasıdır: “Ayın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi də yeni reallığın dəyişməyəcəyindən xəbər verir. Beləliklə, regionda formalaşan yeni reallıq daha da güclənməkdədir. Bunun yalnız siyasi deyil, həmçinin dayanıqlı iqtisadi nəticələri də olacaq”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)























.jpg)
.jpg)

