Nida Təhlil
Ermənilərin bu ümidləri puç oldu - Sadıqov
“Ermənistan tərəfi növbəti dəfə Beynəlxalq Məhkəmə tərəfindən məyus edildi. Çünki onlar Azərbaycana qarşı əsassız iddialar irəli sürmüşdülər”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Ermənistan hər zamankı kimi Azərbaycana böhtanlar atır: “Ermənilər iddia qaldırmışdı ki, guya Azərbaycan hərbiçiləri erməni əsilli əsrlərə işgəncə verir. Bu iddia barəsində faktlar təqdim olunmadığı üçün qəbul edilmədi. Yəni Ermənistan hərzamankı kimi əsassız tələblər irəli sürür. Beynəlxalq Məhkəmənin sağlam düşüncəli insanları bu iddiaları qəbul etmədilər”.
F.Sadıqov vurğulayıb ki, görünür Ermənistan vərdiş edib ki, hər dediyi yalanlara beynəlxalq təşkilatlar tərəfindən dəstək verilsin: “Ermənilər beynəlxalq məhkəmənin də onlara haqq verəcəyini ümid edirdi, ancaq belə olmadı. Çünki irəli sürdükləri iddialar o qədər boş fikirlərdən ibarət idi ki, onu qəbul etmək mümkün deyildi. Azərbaycan dövləti heç bir millətə qarşı düşmənçilik siyasəti həyata keçirmir. İşğaldan öncə ermənilərin uzun illər ərzində torpaqlarımızda firavan yaşaması da bunun göstəricisidir. Biz bu gün də onlara öz vətəndaşımız kimi yaşamağı təklif edirik. Azərbaycan bu cür çağırışlar edərək öz humanistliyini nümayiş etdirir. Məhz bu səbəbdən də onların mənasız iddiaları qəbul edilmədi. Heç bir təşkilat Azərbaycanı bu məsələdə ittiaham edə bilməz”.
Rahib Ələsgərov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
