Nida Təhlil
Bu, Azərbaycanın milli maraqlarını tam şəkildə əhatə edir – Seyidov
2021-ci il dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv ölkələr birgə bəyannamə imzaladılar. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı ŞT-nın bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Eyni zamanda, Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olundu.
Ekspertlər hesab edir ki, bu məqamlar tamamilə Azərbaycanın post-münaqışə gündəliyinə uyğundur.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Publika.az-a müsahibəsində imzalanan birgə bəyannamə haqqında fikirlərini bölüşüb. Komitə sədri bildirib ki, Zirvə Görüşündə Azərbaycanın maraqları tam şəkildə müdafiə olunub.
- Səməd müəllim, dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının 6-cı Zirvə Görüşündə qəbul edilən birgə bəyannamə Azərbaycanın milli maraqlarına hansı səviyyədə cavab verir?
- Bir sözlə desək, bu bəyannamə Azərbaycanın milli maraqlarını tam şəkildə əhatə edir. Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının 6-cı Zirvə Görüşündə Azərbaycanın milli maraqları ən yüksək səviyyədə müdafiə olundu. Hesab edirəm ki, bu sammitin sənədlərinin diqqətlə təhlil edilməsinə ehtiyac var. Ona görə ki, əksər hallarda bu kimi sənədləri dəstəkləyirlər, ona müsbət fikir bildirirlər, amma həmin sənədlərlə mahiyyəti üzrə tanış olandan sonra görürsən ki, hansı böyük nəticələr milli maraqlara uyğun məsələlər öz həllini tapıb. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, sadəcə sənədlərin haqqında danışmaqla kifayətlənməməliyik. Eyni zamanda, sənədlərin mahiyyəti haqqında da danışmaq həddindən artıq vacib və əhəmiyyətlidir. Həm də ona görə əhəmiyyətlidir ki, bu bəyannamədəki hər bir söz, hər bir cümlə Azərbaycanın Avropa, böyük mənada götürəndə Qərb dünyası ilə münasibətlərini tənzimləyən, həmçinin formalaşdıran bir sənəddir. Həm də bu münasibətləri tənzimləyərək müəyyən edən bir “Yol xəritəsi”dir.
- Bəyannamədə post-müharibə dövründə məcburi köçkünlərlə bağlı məsələ də öz əksini tapıb. Bu bəndin bizim üçün özəlliyi nədir?
- Birincisi, Avropa Birliyinin ən yüksək rəsmiləri və Avropa Birliyində qəbul olunan sənədlərin içərisindəki bəyanatlar ona dəlalət edir ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz ata-baba torpaqlarına qayıtması ilə bağlı məqamlar əksini tapır. Digər tərəfdən, birinci Qarabağ müharibəsinin nəticələrindən qaynaqlanan və ikinci Qarabağ savaşından sonra da Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemləri ilə üz-üzə qaldığı, ölkənin və insanların bu problemlərdən əziyyət çəkdiyi, bu müharibənin acısını, ağrısını görən, öz evlərini, yurd-yuvalarını müvəqqəti də olsa tərk etmək məcburiyyətində qalan Azərbaycan vətəndaşları da bu sənəddə əhatə olunur. Onların hamısı Avropa İttifaqının diqqət və nəzarətində olacaqlar, Avropa İttifaqı öz kömək və diqqətini onlardan əsirgəməyəcək. Ona görə ki, bu məsələ həddindən artıq vacibdir. Biz ən əsas məsələni yaddan çıxarmamamlıyıq. Bu məsələ birtərəfli olmamalıdır. Qaçqın və köçkün problemlərindən əziyyət çəkən Azərbaycandır. Humanitar problemlərlə üzləşən Azərbaycan olduğu halda, Avropa Birliyinin Ermənistana bu istiqamətdən dəstək verməsi birtərəfli, ən azından ədalətsizliyin nümunəsi olardı. Mən ən azı deyərdim, ancaq Brüsseldə imzalanmış sənəd ona dəlalət edir ki, bu məsələdə ciddi dönüş və dəyişiklik var. Bu məsələ Azərbaycanda birinci və ikinci Qarabağ müharibəsində əziyyət çəkən insanlara şamil olunacaq. Bu, birinci məsələdir.
- Eyni zamanda, sənəddə Belarusla bağlı məqam, eləcə də burada Azərbaycanın sənədə əlavə olunan qeydi də diqqəti cəlb edir. Buna fikriniz necədir?
- Təbii ki, sənəddə əks olunan qeyd-şərt məsələsi Azərbaycanın apardığı siyasətlə bağlıdır. Bu qeyd-şərt amili həm müstəqillik, həm də Azərbaycanın öz milli maraqları nöqteyi-nəzərdən özünü göstərir. Ən əsası, ardıcıl, sözünün iqtidarında və gücündə duran bir məmləkətin bəyanatı kimi xarakterizə olunur. Bizim strateji münasibət qurduğumuz ölkələr var. 44 günlük Vətən Müharibəsində Azərbaycana dəstək duran ölkələr mövcuddur. Bizimlə davamlı ünsiyyətdə olan ölkələr var. Biz kiməsə, hansısa bir məsələyə görə öz milli maraqlarımızı dəyişdirmək fikrində deyilik. Biz qalib bir ölkəyik. Ona görə də bəyannamədə əks olunan qeyd-şərt həmin gücün, sarsılmaz müstəqilliyin əlamətidir. Eyni zamanda, ardıcıl aparılan siyasətin göstəricisi sayılır. Verdiyimiz vədlərə, göstərdiyimiz davranışa uyğun olan bir məsələdir.
Tural Turan
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz