Nida Təhlil
2022-ci ildə Azərbaycanı nə gözləyir? - SİYASİ TƏHLİL
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov yaxın gələcəkdə Azərbaycanın siyasi və iqtisadi həyatında baş verə biləcək hadisələrin proqnozunu verib. Politoloqun sözlərinə görə, hazırkı proseslər Azərbaycanın tezliklə qarşısına qoyduğu hədəflərinə çatacağını göstərir.
Publika.az Zaur Məmmədovun siyasi təhlini təqdim edir:
1. Türkiyə və Ermənistan arasında quru sərhəd may-iyun aylarında açıla bilər.
2. Türkiyə və Ermənistan arasında hava nəqliyyatı yanvar-fevral aylarında açıla bilər.
3. Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun tikintisinə yanvardan start verilməlidir. Tikinti Ermənistana 200 milyon dollara başa gələcək. Gələcəkdə Qars - Gümrü - Horadiz dəmir yolu Dağıstan vasitəsilə Moskvaya qədər uzanacaq. Faktiki olaraq Qərb - Şimal nəqliyyat yoluna start verilir.
4. Azərbaycan yanvar-fevral aylarında Avrasiya İttifaqında müşahidəçi statusu ala bilər.
5. Əgər Mehridə gömrük və sərhəd postu olacaqsa, Laçın dəhlizində də olacaq. Əgər Qərbi Zəngəzurda yola Rusiya hərbçiləri nəzarət edəcəklərsə, o zaman Laçın hələlik əvvəlki statusda qalacaq. (koridor və yol məsələsi hələlik müzakirə predmetidir).
6. Son razılaşmalarla bağlı Ermənistan və Rusiyanın geosiyasi maraqları üst-üstə düşmür.
Ermənistan Azərbaycan və Türkiyə ilə yeni anlaşmaları Qərbə inteqrasiya istiqamətində mühüm addım hesab edir. Gələcəkdə Rusiyanın siyasi və hərbi çəkisinin azalmasını əsas hədəf götürüb.
Rusiya isə Avrasiya İttifaqını İrana qədər genişləndirmək, Türkiyə-Ermənistan dialoquna Qərbi buraxmamağı, Azərbaycan və Ermənistanla siyasi-iqtisadi inteqrasiyanı genişləndirməyi məqsəd güdür. Əlbəttə hədəflərinin siyahısı uzundur.
Bugünkü proseslərdə Azərbaycan aşağıdakı hədəflərinə çatır:
1. Ən başlıcası - Qarabağ.
Bakı Qarabağ məsələsinin Ermənistandan uzaqlaşmasını bacardı. Artıq Hayastanın rəsmilərinin "status" ifadələri tamam başqa məna kəsb edir. Qarabağdakı ermənilər Azərbaycanın daxili işidir və müstəqillik və ya Ermənistana birləşmək bəyanatları artıq cənəhhəmə göndərilib.
2. Azərbaycan Rusiyanın nəqliyyat-kommunikasiya və demarkasiya-delimitasiya proseslərinə razılıq verməsinə müvəffəq oldu. Ermənistanla demarkasiya-delimitasiya Bakı üçün çox önəmlidir. ( Qarabağ Azərbaycan ərazisi kimi tanınır).
3. Qarabağa ərazi iddiası olan Ermənistan Xankəndi mövzusundan kənarlaşdırıldı. Artıq Qarabağdakı ermənilər Azərbaycan və Ermənistan arasında yox, Azərbaycan və Rusiya arasında mövzuya çevriləcək. Rusiyanın Qarabağa heç bir tarixi və hüquqi bağlılığının olmamasını nəzərə alsaq bir müddət sonra lazım gələn vaxtda sülhməramlıların çıxarılması ilə bağlı istəyimiz zamanı mövqelərimiz güclənəcək.
4. Qərbi Zəngəzur türk kompaniyaların əlinə keçir. Cənubdakı soydaşlarımız da bölgəyə axın edir. Nəticədə tarixi torpaqlarımızda demoqrafik say baxımından tarixi ədaləti bərpa edirik.
İlkin mərhələdə Ermənistanın Qarabağdan imtina etməsinə müvəffəq oluruq, sonra isə, Qərb- Rusiya geosiyasi mübarizəsi fonunda Xankəndiyə daxil oluruq. (Həmin vaxta qədər bölgə silahlılardan təmizlənir, hayların əksəriyyəti xaricə köçür). Bütün bunlarla yanaşı unutmamalıyıq ki, hayları Bakıya buraxmamalıyıq. Onları Qafqazda əritməliyik. Cek pot budur.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı















.jpg)














.jpg)



.jpg)

